Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

İşdən çıxarılan icra başçısının arvadı erməni imiş...

Tarix: 07-05-2020 11:25     Baxış: 3461 A- / A+
İşdən çıxarılan icra başçısının arvadı erməni imiş...

Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev DTX tərəfindən həbs edildiyi bildirilən İmişlinin icra başçısı Vilyam Hacıyevlə qohumluq münasibətləri haqqında yazıb.

O qeyd edib ki, Vilyam Hacıyevlə qohum olsa da, əlaqə saxlamayıblar və keçmiş başçı ona qarşı çox soyuq münasibətdə olub.

“Hazırda saxlanıldığı deyilən İmişli icra başçısı V.Hacıyev qohumumdur. Maraqlananlar çox olduğuna görə, ümumi qısa reaksiya verim.

Onun üzünü ilk dəfə 2012-ci ildə, mən siyasi məhbus olanda, azadlığa buraxılmaq ərəfəsində dövlət qurumlarından birində qarşılaşanda görmüşəm.

O vaxta qədər isə 10 ilə yaxın idi ki, prezident sərəncamı ilə təyin edilib, 2 rayonda başçı olub, 3-cü rayona təyin edilmişdi. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür, prezident sərəncamı ilə “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Onu da bilirsiniz ki, 10 ildir ölkədəyəm, bir dövlət qurumunda bir xırda vəzifəyə də yaxın buraxmırlar. Hətta 2 seçkidə qələbəmi başqasına veriblər, birində karateisti buraxıblar Milli Məclisə, digərində prezidentin dairəsində Arpadaraiyə. Keçən il mənim CV-im ölkə başçısına da təqdim edilib ki, islahatlar prosesinə töhfəsi ola bilər. Ancaq müsbət rəy verilməyib.

Bu həbslər hakimiyyətin məmur özbaşınalığı ilə mübarizəsindən daha çox kadr siyasətini göstərir. Eyni zamanda, düşünürəm ki, bu hakimiyyətin daxilində şəxsi ədavət, qrup mübarizəsidir.

Əks halda, haqlı sual yaranır ki, onları 20 ildir kim tövsiyyə edib, kim kurasiya edib, kim təyin edib, kim sərəncam verib və sərəncamla mükafatlandırıb? Hüquq-mühafizə orqanları bu günə qədər hara baxırdı?

Ədalətli cəmiyyət olmayana qədər vəzifəsindən, imkanlarından, əlaqələrindən asılı olmayaraq, heç kim heç nədən sığortalanmayıb. Ona görə də, çalışıb hüquqi və ədalətli cəmiyyət qurmalı, azad seçkilər keçirməliyik”,- deyə Bəxtiyar Hacıyev bildirib.

Vilyam Hacıyevin həyat yoldaşı Cülyetta Hacıyeva erməni əsilli olub və rayonda sözünün üstünə söz deyənin vəziyyəti heç də xoş olmurmuş. Bundan əlavə Vilyam Hacıyevin öz doğma bacısı ilə də münasibətləri soyuq olub və onunla əlaqə saxlamayıb. Bununla belə Hacyev həbs olunarkən həmin bacı qohumlara zəng edərək qardaşının tutulması barədə xəbərləri gizli saxlamağı xahiş edib.

Yaxın qohumları Vilyam Hacıyevin oğlunun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində yüksək vəzifədə olduğunu da söyləyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar