Xəbər lenti
Bakıda koronavirusa ən çox yoluxma halları bu rayonlarda qeydə alınıb
Bakıda koronavirusa ən çox yoluxma halları Yasamal və Sabunçu rayonlarında olub.
Manevr.az-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahda bu gün kerçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Yasamalda bir necə infeksiya ocağı müəyyən edilib: "Bir nəfər çoxlu sayda insanı virusa yoluxdumuşdu. Artıq həmin vətəndaşlar izolyasiya edilib və onların çoxu sağalıb”.
Gəncədə yoluxma sayının artmasının səbəbi müəyyən edilib: "Təəssüflər ki, orada karantin rejiminə bir o qədər də əməl edilmir. Digər tərəfdən, bütün yoluxmalara baxdqda daha çox yoluxma halları ailə üzvləri arasında olur. Nəticədə 1 nəfər 4-5 nəfəri yoluxdurur. Yolxumalar həm də tibb işçiləri arasında olur ki, bu hallar da Gəncədə müşahidə edilib. Hazırda orada bütün tədbirlər görülür ki, neqativ hallar aradan qalxsın. Şimal bölgəsində Rusiyadan keçən bir necə nəfərdə testlərin nəticəsi pozitiv aşkarlanıb. Eyni zamanda cənub bölgəsində də İranla gediş-gəliş olduğu üçün orada yoluxma halları çox olub”.
Z.Əliyev qeyd edib ki, virusa yoluxanların daha çoxu 50-59 yaşlı insanlardır. Yoluxanların 54 faizi qadınlardır: "Vəfat edənlər 60-69 yaşlılardır. Ölənlərin 43 faizi bu yaşda olanlardır”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar