Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın təqaüd və istefa haqqında düşünməyən ƏN STAJLI MƏMURLARI — ARAŞDIRMA - SİYAHI

Tarix: 30-04-2020 19:19     Baxış: 4344 A- / A+
Azərbaycanın təqaüd və istefa haqqında düşünməyən ƏN STAJLI MƏMURLARI — ARAŞDIRMA - SİYAHI


Azərbaycan haqqında “uzunömürlülər diyarı” deyirlər, bunun nə qədər doğru-yanlış olduğunu bilmirəm. Ancaq dəqiq bildiyim bir şey var, Azərbaycan “uzunömürlü məmurlar” diyarıdır.

Dünən uzunömürlü məmurlardan biri – 20 ildir, Azərbaycanın Baş prokuroru işləyən Zakir Qaralovun vəzifədə son günü oldu.

Dünyanın başqa ölkələrində 20 il karyera baxımından çox böyük müddət sayılardı, amma Azərbaycanda bundan da böyük “göstəriciyə” malik olan məmurlar var.

Manevr.az yenicag.az-a istinadən vəzifədə keçirdikləri müddətə görə nəinki Azərbaycanda, hətta dünyanın çox ölkələrində belə qırılmayacaq “rekord”a imza atan uzunömürlü məmurlarla bağlı materialı təqdim edir.

Zamanla vəzifə kreslosunda əyləşərək “yarışan” uzunömürlü məmurlarla bağlı apardığımız araşdırma zamanı maraqlı məqamla qarşılaşdıq. Məlum oldu ki, ölkənin iki ən uzunömürlü məmuru vəzifəyə təyin edildiyi gündən indiyə qədər postunu dəyişməyib. Kimlərdir? Başlayaq.

Eyvaz Hüseynov
– Araşdırma nəticəsində aşkar oldu ki, Azərbaycanın ən stajlı məmuru Eyvaz Hüseynovdur. O, 1992-ci il iyulun 2-də Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Eyvaz Hüseynov ölkədə 28 ildir, eyni vəzifəni tutan yeganə məmurdur. Bildiyiniz kimi, Xocavənd rayonunun böyük hissəsi erməni işğalındadır, rayonun çox az qisminə Azərbaycan nəzarət edir. Eyvaz Hüseynov Azərbaycanda ən uzunömürlü məmur olsa da, maraqlıdır ki, digər icra başçıları ilə müqayisədə mətbuatın tənqidinə ən az tuş gələn yerli rəhbərlər sırasındadır.

Nəcməddin Sadıkov
– Digər uzunömürlü və eyni vəzifəni icra edən yüksək məmur isə Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovdur. O, 1993-cü il noyabrın 2-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib.

Sadıkov mətbuatda ən çox tənqid edilən, müntəzəm olaraq, “Rusiyanın adamıdır” kimi ittihamlarla üz-üzə qalan hərbi fiqurdur. Ötən il mayın 24-də general-polkovnikin 63 yaşının tamam olması ilə əlaqədar ehtiyata göndəriləcəyi gözlənilsə də, bu, baş vermədi. 1979-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirən Nəcməddin Sadıkovun 41 illik hərbi karyerasının son 27 ili Silahlı Qüvvələrin Baş Qərargahının rəisi vəzifəsində keçib.
Elman Rüstəmov – Uzunömürlü məmurlar sırasında xüsusi seçilənlərdən biri də Mərkəzi Bankın sədri Elman Rüstəmovdur. Ölkənin baş bankiri bu vəzifəyə 1995-ci il yanvarın 13-də təyin edilib və artıq 27-ci ildir, öz postundadır.

Kəmaləddin Heydərov
– Hazırda fövqəladə hallar naziri vəzifəsini tutan Kəmaləddin Heydərov yuxarıda adları çəkilən məmurlardan fərqli olaraq, 25 illik karyerası ərzində iki yüksək vəzifə tutub. O, 1995-ci il yanvarın 17-dən 2006-cı il fevralın 6-na qədər Dövlət Gömrük Komitəsinin Sədri vəzifəsində çalışıb. 2006-cı il fevralın 6-da fövqəladə hallar naziri təyin olunub. Həm də incəsənətə meyilli olan Heydərov “Kamal” imzası ilə tanınan çox sayda mahnının müəllifidir. Bu qabiliyyətinə baxmayaraq, Heydərov medianın əsas tənqid hədəflərindən birinə çevrilib. Nazirin uzun illər ərzində formalaşdırdığı “biznes imperiyası” haqqında materiallar tənqidçi mediada müntəzəm yayımlanır.

Ramil Usubov
– Azərbaycanın uzunömürlü məmurları sırasında xüsusi yer tutan kadırlardan biri də Ramil Usubovdur. Onun vəzifədə yüksəliş mərhələsi Sovet dövründə başlayıb. 1987-89-cu illərdə Naxçıvan MSSR-nın, 1993-cü il avqustun 11-dən 1994-cü il aprelin 29-na qədər Naxçıvan MR-nın daxili işlər naziri vəzifəsində çalışıb. 1994-cü il aprelin 29-da daxili işlər naziri təyin olunan Usubov bu vəzifəni 2019-cu il iyunun 20-nə kimi yerinə yetirib. Daxili işlər naziri vəzifəsindən azad edildiyi gün isə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edilib.

Ramiz Mehdiyev – 1995-ci il fevralın 7-də Prezident Aparatının rəhbəri (indiki Prezident Administrasiyası) vəzifəsinə təyin olunan Ramiz Mehdiyev 2019-cu il oktyabrın 23-nə kimi postunda qaldı. O, vəzifəsindən azad edildiyi tarixdən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti təyin edilib. Medianın “Boz kardinal” adlandırdığı Mehdiyev ölkə mətbuatında ən çox tənqid edilən məmurlardan biri olub.

Zakir Qaralov
– 2000-ci aprelin 25-də Baş prokuror postuna təyin olunan Zakir Qaralov bu vəzifədə tam 20 ili geridə buraxdı. Onun haqqında mətbuatda “Akkord” şirkəti ətrafında cərəyan edən olaylar və səhhəti barəsində məlumatlara daha çox rast gəlmək olar.

Elçin Quliyev – 2002-ci il iyulun 31-də Dövlət Sərhəd Xidmətinin rəisi təyin olunan general-polkovnik Elçin Quliyev hələ də vəzifəsini icra etməkdədir.

Qeyd edək ki, material hazırlanarkən, yalnız hazırda da yüksək post tutan məmurlar nəzərə alınıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar