Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bolşevik işğalının 100-cü ilində Cümhuriyyəti anarkən...

Tarix: 28-04-2020 15:45     Baxış: 14 948 A- / A+
Bolşevik işğalının 100-cü ilində Cümhuriyyəti anarkən...

Tural Vəlizadə
Qərbi Kaspi Universitetinin müəllimi


1917-ci ildə Rusiyada baş tutan Oktyabr inqilabından sonra bolşeviklər Çar Rusiyasının müstəmləkələrinə təkrar sahib olmaq istədilər. 28 may 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti də bolşevik Rusiyasının gözündə bir təhdid idi. Buna görə də Azərbaycanın daxilində tez-tez bolşeviklərin əli ilə qarışıqlıqlar, çaxnaşmalar yaradılırdı.

Sovetlər Azərbaycanı işğal edərkən daha sonra bir çox ölkələrin işğalında həyata keçirdikləri taktikanı işlətdilər. Yerli inqilab komitəsi işçi üsyanları yaradırdı və onlar Qırmızı Ordudan kömək istəyirdilər. Eyni taktika daha sonra sovetlər tərəfindən Macarıstan (1956) və Çexoslovakiyada (1968) da həyata keçirildi.

Bu minvalla 28 aprel 1920-ci ildə Bakı inqilab komitəsi Rusiya Sovet Federativ Sosialist Respublikası hökumətindən kömək istədi. Fəqət ondan bir gün öncə XI Qırmızı Ordu zatən Azərbaycan torpqlarını işğal etmişdi. Daha sonra isə, 1920-ci ilin aprelin 27-də axşam saat 11-də Azərbaycan Xalq Cümhuriyyəti Məclisi-Məbusanın fövqəladə iclasında səs çoxluğu ilə 7 bəndlik qərar əsasında hakimiyyət dinc yolla kommunistlərə təhvil verilmişdi.

Cümhuriyyətin ərazi bütövlüyünə qarşı daşnak Ermənistanının da təcavüzkar qəsdləri Azərbaycanda siyasi vəziyyəti əhəmiyyətli dərəcədə mürəkkəbləşdirmişdi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti işğal yolu ilə devrildi, bolşeviklər hakimiyyəti ələ keçirdi. Bakıda bütün ölkələrin diplomatik təmsilçiləri həbs edildi. Cümhuriyyət dövründə əldə edilən bütün qanunlar qadağan edildi. Az sonra

repressiyalar başladı: milli hökumət üzvlərinin bir çoxu həbs edildi, digər bir qismi mühacirətə getməli oldu.

Aprelin 30-da XI Ordunun əsas hissələri Bakıya daxil oldular. Həmin gün bolşeviklər Şamaxı və Ağsuya da daxil oldular, mayın 1-də isə Azərbaycan hissələrinin müqavimətini aradan qaldıran sovet zirehli qatarları Gəncə stansiyasını ələ keçirdilər.

Mayın 1-də Volqa-Xəzər hərbi donanmasının gəmiləri Bakı limanına daxil oldular. Mayın 3-ü və 4-ü tarixlərində Lənkəran və Astaraya hərbi dəniz desantı çıxarıldı. Mayın 5-də XI Ordunun süvari dəstələri Qazağa, mayın 7-də Yevlax rayonlarına daxil oldular. 1920-ci il mayın ortalarında XI Ordu Azərbaycan Xalq Cümhuriyyətinin demək olar ki, bütün ərazilərini nəzarət altına aldı. Beləliklə, bolşevik Rusiyasının müdaxiləsi nəticəsində Azərbaycan milli hökumətinin hakimiyyəti devrildi.

Tarix göstərir ki, millətlər bir dəfə imtahan vermir. Millətlər həmişə imtahan verə-verə böyüyür. Ancaq bu imtahanları şərəflə vermək lazımdır. Tarixin təkrarlandığını öz həyatlarında yaşamış xalq unutqan olmamalıdır. Necə deyərlər – uşaq yatarkən, millət oyaq olanda böyüyür. Bu gün bizim üzərimizə düşən vəzifə ayıq-sayıq olmalı, keçmişin dərslərindən ibrət götürməli və Azərbaycanımızın müstəqilliyini sarsılmaz, əbədi və dönməz etməkdir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar