Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Axşam çağı küçələr tərk edilmək üçündü" - Xəyalə SEVİL: ŞEİRLƏR

Tarix: 17-08-2016 09:50     Baxış: 2599 A- / A+
Manevr.az istedadlı şairə Xəyalə Sevilin bir neçə şeirini oxuculara təqdim edir:


"Axşam çağı küçələr tərk edilmək üçündü"

Xəyalə SEVİL
------------

CƏZALIDI ÜRƏYİM

Cəzalıdı ürəyim,
Bədənimdə kuncə qoydum.
Uzanan göz yaşımı,
Yanağımda dincə qoydum.

Bu da səndən qalan ömür,
Yarı sənsən, yarı sudu.
Həsrətini atdığım yer
Gözlərimin quyusudu.

Eh! Yolların yol yoldaşı,
Gedən yollara qarışdın.
Sən tək bədəndən ibarət
Sevgilərə alışdın...


"Axşam çağı küçələr tərk edilmək üçündü"


































GECƏ SAAT ON İKİ..

Axşam çağı küçələr
Tərk edilmək üçündü.
Üşüyən oturacaqlar
Əyninə xəzan geyir.
Göy üzündə yarım ay
Yarim gecə lampası.
Küləklər yelləncəkdə...
Aya, ulduza dəyir.
Ayrılığın bir ucu
Bu sarı qıza dəyir.
Sən də getdin, əzizim,
Eh! Elə onlar kimi.
Elə küçə kimiyəm,
Yıxılan yollar kimi.
Əllərim çətir olmur,
Yanağımı su aparır.
Indi sənin xəyalını
O aparır, bu aparır.
Vəə belə...
Oyunun sonu.
Gecə saat on iki.
Yeni günümdə olma,
İtirildi bu sevgi.


"Axşam çağı küçələr tərk edilmək üçündü"

HƏR ŞEY YERİNDƏDİ...

Hər şey yerindədi,
O yol, o küçə.
Küçənin başında açıq pəncərən,
Pəncərəndə qanı qaralan gecə.
Hər şey yerindədi,
Bircə sən yoxsan...

Sənsiz üstü-başı
Yaş həsrətimi
Gözümə sərmişəm,
Qurusun bir az.
Yeni ayaq açan səadətimin
Əlindən tutmadın
Yerisin bir az.

Tək qoydun,
Sən də tək qoydun.
Ömrü zəngli saat kimi
Qurdun,
Sənədək qoydun.
Demirəm ki, sevmədin,
Sevdin, düşəndə yada...
Mənə də çətindi, amma,
Əlvida...
Əlvida...

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar