Xəbər lenti
Tramp Obamanın bütün səfirlərini geri çağıracaq

ABŞ-ın yeni prezidenti Donald Tramp andiçmə mərasimi günü xarici ölkələrə təyin olunmuş bütün səfirləri geri çağıracaq.
Bu barədə "New York Times" qəzeti D. Trampın planı ilə tanış olan bir neçə diplomata istinadən məlumat yayıb.
Qəzet yazır ki, D. Tramp bununla bağlı ABŞ Dövlət Departamentinə bildiriş göndərib.
D. Trampın keçid komandasının dekabrın 23-də göndərdiyi bildirişdə Obama Administrasiyası dövründə təyin olunmuş bütün səfirlərin istisnasız olaraq yanvarın 20-də geri çağırılacağı deyilir.
D. Tramp artıq Çin və İsrail kimi bəzi ölkələrə kimləri səfir təyin edəcəyini açıqlayıb.
Qeyd edək ki, D. Trampın inauqurasiya mərasimi yanvarın 20-da keçiriləcək.
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutadır. O, 2015-ci ildən bu vəzifəni icra edir.apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar