Sizin Reklam Burada
Xəbər lenti
14-10-2025
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

Tural Turan:"Sən güləndə qəbirlər də gülür..."

Tarix: 11-04-2020 17:45     Baxış: 2692 A- / A+
Tural Turan:"Sən güləndə qəbirlər də gülür..."

Gül ki, saat əqrəbləri qibləsini tapsın,
Zaman intihar etsin qollarında...


Manevr.az Tural Turanın yeni şeirlərini təqdim edir:

Sən gül...

...Bəlkə insan kölgəsinin alın yazısıdı,
Bəlkə də tanrının ağzından saldığı
ağıl dişidi...
Bəlkə də cəhənnəm elə insanın özüdür -
Qucaqlayır anadan yetim qalmış soyuqları...
...Yanaqlarından
bir təbəssümlük kərpic düşüb elə bil,
Qapısı açıq qalıb gülüşlərinin...
Zarafat edirəm, sən gül,
Sən güləndə
qəbirlər də gülür,
tabutlar da...
Yaradanın sevinc göz yaşını sağır
çiyni yapıncılı buludlar da...
Sən gül...
Gül ki,
tanrı üzr istəsin
hər kəsin alın yazısından...
Gül ki, saat əqrəbləri qibləsini tapsın,
Zaman intihar etsin qollarında...
Gülüşün
bir sözlük məktub olsun gələcəyinə...

***

Ovcunu çıxarma yola,
Hələ kimsə yığılmayıb.
Bəlkə sabah nəsə ola...
Dünya hələ dağılmayıb.

Qəpik-qəpik göz yaşını
Üşütmə, burax başını...
Ümidlərin sıx dişini,
Yazın hələ yoğrulmayıb.

Bu ovucla nədir işin?..
Gedək öz evində üşü...
Ağlama, çörəksiz kişi,
Tanrı hələ doğulmayıb.

Tural Turan
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar