Xəbər lenti
Təhsil Nazirliyindən universitetlərə VACİB TƏKLİF OLUNDU
Təhsil Nazirliyi tədris prosesinin dayandırıldığı müddət ərzində təhsilalanlara təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi və təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali təhsil müəssisələrinə "Microsoft Teams” platformasından istifadəni təklif edir.
Nazirlikdən verilən məlumata görə, "Microsoft Teams” platforması ali təhsil müəssisələri üçün aşağıdakı imkanları yaradır:
· Video bağlantı vasitəsilə məsafədən təhsil vermə;
· Müəllim-tələbə müzakirəsini təşkil etmək üçün interaktiv alətlərdən istifadə;
· Sillabus, mühazirə və digər dərs materiallarının ötürülməsi;
· Böyük həcmli materialların yerləşdirilməsi;
· Təqvim aləti vasitəsilə dərslərin və onlayn mühazirələrin planlaşdırılması;
· Qiymətləndirmənin aparılması alətlərindən istifadə;
· Qrup işinin təşkili.
"Microsoft Teams” platformasında bütün ali təhsil müəssisələri üçün domenlər yaradılıb.
Məlumat üçün bildiririk ki, Təhsil Nazirliyi ilə "Microsoft” şirkəti arasında əməkdaşlıq çərçivəsində ötən dövr ərzində ölkəmizin bir sıra ali təhsil müəssisələri (ADA Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və s.) artıq bu platformaya qoşularaq təlim-tədris prosesinin məsafədən təşkilini təmin ediblər. Göstərilən platformadan istifadə təhsil müəssisələri üçün ödənişizdir.
Eyni zamanda bildiririk ki, ölkəmizdə eyni ixtisas üzrə bir neçə ali təhsil müəssisəsində kadr hazırlığının aparıldığını nəzərə alaraq elektron resursları məhdud olan ali təhsil müəssisələri elektron resursları olan digər ali təhsil müəssisələrinin imkanlarından istifadə edə bilərlər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar