Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ağsuda ağır qəza: 2 ölü , 4 yaralı

Tarix: 02-01-2017 09:34     Baxış: 6334 A- / A+
Ağsuda ağır qəza: 2 ölü
Ağsuda avtomobil ər və arvadı vuraraq öldürüb, bir ailənin 4 üzvü ağır xəsarət alıb.

Ağsu rayonunda iki ailənin faciəsi ilə nəticələnən ağır avtomobil qəzası baş verib.

Manevr.az-ın xəbərinə görə, hadisə yanvarın 1-də axşam saat 22:00 radələrində Ağsu şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Şamaxı rayonu Qurdtəpə kənd sakini, 1970-ci il təvəllüdlü Ədilov Əmirşah Məmmədşah oğlu idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə sürətlə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yoldan çıxaraq piyada səkisində hərəkət edən iki nəfəri-Ağsu şəhər sakini 1958-ci il təvəllüdlü Xəyyam Əliyevi və onun həyat yoldaşı, 1964-cü il təvəllüdlü Xatirə Əliyevanı vurub. Ağır xəsarətlər alan ər və arvad hadisə yerində dünyasını dəyişib.

Piyadaları vuran avtomobil sonra hasara çırpılaraq aşıb. Zərbənin təsiri nəticəsində avtomobilin sürücüsü Əmirşah Ədilov, onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Ədilova Məhbubə Sədulla qızı, və övladları, 2000-ci il təvəllüdlü Əmrah Ədilov və 1998-ci il təvəllüdlü Afaq Ədilova müxtəlif dərəcəli bədən xəsarləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onların vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar