Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Milli Məclisin ikinci xanım sədri - Qafarovalar kimdir?

Tarix: 10-03-2020 14:34     Baxış: 4547 A- / A+
Milli Məclisin ikinci xanım sədri - Qafarovalar kimdir?


Bu gün Milli Məclisin 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərindən sonra yeni tərkibdə ilk iclası keçirilib və Sahibə Qafarova parlamentin yeni sədri seçilib.
Manevr.az xəbər verir ki, bundan öncə, düz 30 il əvvəl Milli Məclisin sədri xanım olub və soyadı Qafarova olub. Parlamentə ilk rəhbərlik edən xanım Elmira Qafarova 1989-1990-cu illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri olub. Qeyd edək ki, Elmira Qafarovanın kifayət qədər mürəkkəb tarixi şəraitə təsadüf edib və onun sədrliyi zamanı ciddi təşəbbüslər də olub. Qafarova bir sıra ictimai-siyasi və sosial-iqtisadi əhəmiyyət daşıyan sərəncam və qərarların verilməsində fəal iştirak edib.

Bunlardan bir neçəsini sadalayaq. Elmira Qafarovanın sədrliyi dövründə 1989-cu il dekabrın 30-da Gəncə şəhərinin adının bərpa olunması və 1990-cı il martın 13-də Azərbaycan xalqının milli bayramı olan “Novruz bayramı”nın rəsmən qeyd edilməsi haqqında fərmanlar imzalanıb.

Azərbaycanın siyasi və ictimai vəziyyətinin ağır və gərgin dövründə - erməni silahlı qüvvələrinin torpaqlarımızı işğala başladığı bir vaxtda, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının heç bir xəbərdarlıq etmədən Bakı şəhərinə soxularaq dinc adamları qətlə yetirdiyi bir vaxtda E.Qafarova sovet rəhbərliyinin törətdiyi bu qanlı cinayətə etiraz bəyanatı ilə çıxış edib. Həmin bəyanatda deyilirdi: "SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən respublikamızın Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi ilə əlaqədar olaraq Azərbaycan xalqı, respublikanın bütün vətəndaşları adından qəti etirazımı bildirirəm. Tam məsuliyyət hissi ilə bildirmək istəyirəm ki, Azərbaycan SSR-nin ali dövlət, hakimiyyət və idarə orqanları SSRİ Ali Soveti Rəyasət Heyətinin belə bir qərarının qəbul olunmasına razılıq verməmişlər. Tökülən qan üçün bütün məsuliyyət bu qərarı qəbul etmiş və bilavasitə onun icrasını təmin etmiş SSRİ orqanları və onların vəzifəli şəxslərinin üzərinə düşür".

Bu şəxsi bəyanatı ilə kifayətlənməyən E.Qafarova 160 deputatın müraciəti ilə 1990-cı il yanvarın 21-22-də Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasını çağırdı və ona başçılıq edib. Sessiya yanvarın 22-də E.Qafarovanın imzası ilə "SSRİ Ali Sovetinə, müttəfiq respublikaların Ali Sovetlərinə, SSRİ xalqlarına, dünyanın bütün ölkələrinin parlamentlərinə, Birləşmiş Millətlər Təşkilatına Azərbaycan SSR Ali Sovetinin Müraciəti"ni qəbul etmişdir. Müraciətdə deyilirdi: "Bakının və bütün Azərbaycanın dinc əhalisinə qarşı misli görünməmiş dəhşətli cinayət törədilir. Helsinki və Vyana müqavilələrinin sənədlərini imzalayan, hüquqi dövlət yaratmaq iddiasında olan sovet dövləti qanunları tapdalayaraq, SSRİ Ali Sovetinin sanksiyası və respublikanın ali hakimiyyət orqanlarının razılığı olmadan yanvarın 19-dan 20-nə keçən gecə müxtəlif silah növlərindən (tanklardan, zirehli transportyorlardan, avtomat silahlardan, hərbi aviasiya və donanmadan) istifadə edərək elan olunmadan Azərbaycana qarşı təcavüz etmişdir. Bakı şəhərinə, respublikanın digər rayonlarına hücum edib dinc əhalini, Bakıda fövqəladə vəziyyətin elan olunmasına və şəhərə qoşun hissələrinin girməsinə etiraz edənləri amansızcasına qırmışlar. Yüzlərlə ölən, minlərlə yaralanan və itkin düşənlər var. Azərbaycan SSR Ali Soveti ölkə və dünya ictimaiyyətinə müraciət edərək, onları Azərbaycan torpağında törədilmiş bu milli qırğın aktını pisləməyə çağırır".

Azərbaycan SSR-nin Konstitusiyasında (Əsas qanunda) edilmiş dəyişikliklərə müvafiq olaraq, 1990-cı ilin may ayında respublikada prezident idarəçiliyi tətbiq edildi, parlamentin fəaliyyət forması və strukturu dəyişdirildi, Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti ləğv olundu.
E.Qafarova deputatlar tərəfindən yekdilliklə Azərbaycan SSR Ali Sovetinin sədri seçildi və 1990-1992-ci illərdə bu vəzifədə çalışıb. E.Qafarova yaranmış ağır şəraitə baxmayaraq, Ali Sovetin sessiyalarını müntəzəm çağırır, qoyulan məsələlərin həllinə və respublikanın tam müstəqil olmasına, beynəlxalq aləmdə tanınmasına və nüfuzunun artmasına çalışıb.

E.Qafarovanın Ali Sovetin sədri olduğu dövrdə Azərbaycan xalqı üçün tarixi əhəmiyyətli qərarlar qəbul olunmuş və hadisələr baş vermiş, o çümlədən 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan edilmiş, oktyabrın 29-da onun müstəqilliyinin tanınması haqqında "Dünya birliyinin üzvü olan dövlətlərin parlament və hökumətlərinə Ali Sovetin müraciəti" qəbul olunmuş, 1992-ci il martın 2-də Azərbaycan Respublikası BMT-yə üzv qəbul edilib.

Ümid edirik, Milli Məclisin ikinci xanım sədri Qafarovanın dövrü parlamentin səmərəli fəaliyyətinin, dövlətimizin, dövlətçiliyimizin möhkəmlənməsi üçün xüsusi töhfələrlə yadda qalacaq. Sahibə Qafarova yeni postunda uğurlar arzulayırıq./ölkə.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar