Xəbər lenti
Bakıda dollar ajiotajı: Bu bank dolları limitlə satır, bəziləri isə satışı dayandırıb — REPORTAJ
Dünya bazarında neftin qiymətinin ucuzlaşması ABŞ dollarına tələbatı artırıb. Bir çox iqtisadi ekspertlər isə baş verənlər fonunda növbəti devalvasiyanın qaçılmazlığı haqda proqnozlar səsləndirməyə başlayıblar. Mərkəzi Bankın açıqladığı məzənnədə dəyişiklik olmasa da Azərbaycanda dollar ajiotajının yaşandığı sirr deyil. Çoxları hesab edir ki, hökumətin səylərinə baxmayaraq dolların hazırkı məzənnəsini uzun müddətə qoruyub saxlamaq mümkün olmayacaq. Bu isə paytaxtda ABŞ dollarına olan tələbatı nəzərəçarpan dərəcədə artırıb.
Manevr.az bildirir ki, sfera.az-ın əməkdaşı mövzunu araşdırmaq məqsədilə araşdırma aparıb. Bu gün dollar alıcısı kimi müxtəlif banklara üz tutan əməkdaş maraqlı sitiuasiya ilə üzləşib.
Məlum olub ki, "Günaybank”da dollar limitlə satışa çıxarılıb. Belə ki, burada bir şəxsə 300 ABŞ dollarından artıq valyuta satılmayıb.
"Respublika” Bankında ABŞ dolları limitsiz təklif edilsə də, burada uzun növbələr yaşanıb ki, bu da dollar ajiotajının ciddiliyindən xəbər verir.
ABS bankda və "Günaybank”ın Nizami küçəsindəki filalında isə dollar satışı ümumiyyətlə dayandırılmışdı.
Belə bir vəziyyət qara bazarı əməlli-başlı fəallaşdırıb. Belə ki, qara bazarda dollar 1.71 və 1.75 manat aralığında təklf olunub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar