Xəbər lenti
Bu pulgirin mənliyi varsa... - Deputat
"Aslan İsmayılovun cəsarəti çatırsa, mənliyi varsa, mənimlə üz-üzə gəlsin, komputerin arxasında gizlənməsin. Nə sözü varsa, üzümə desin".
Manevr.az xəbər veriri ki, bunu Report-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
O, hüquqşünasla arasında baş verən mübahisəyə aydınlıq gətirib. Onun sözlərinə görə, Aslan İsmayılov "Facebook" sosial şəbəkəsində yazıb ki, Qüdrət Həsənquliyev və Fəzail Ağamalı Vahid Əhmədov kimi xalqın qarşısına çıxa bilməz: "Guya bizim cəsarətimiz çatmır. Mən də ona zəng etdim ki, cəsarətin varsa, üz-üzə görüşək. O, telefonu asdı. Mən ona nə demişəm ki?! Axı niyə komputerin arxasında insanlara ləkə yaxır? Növbəti dəfə də zəng etdim, telefonu açmadı. Bir daha deyirəm ki, cəsarəti çatırsa, mənimlə üz-üzə gəlsin, debata çıxaq. O kimdi ki, ona hədə-qorxu gələm? Cəmiyyət onu tanıyır, pulgir insandır. Hər şeyin bir həddi var, bu qədər də olmaz axı, insanların şəxsiyyətinə toxunur. Özünü qəhrəman hesab edir?!"
Qeyd edək ki, A.İsmayılov özünün facebook səhifəsində F.Ağamalı tərəfindən telefonla hədələndiyini bildirib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar