Xəbər lenti
“Ermənistan Cənubi Qafqazda Rusiyanın ayaqlarının altını qazır” - Musa Qasımlı

“Bəzi xarici dövlətlərin əlində alətə çevrilən Ermənistan Cənubi Qafqazda Rusiyanın ayaqlarının altını qazır, onun siyasətinə mane olur”.
Bu fikri Gununsesi.info-ya açıqlamasında millət vəkili, professor Musa Qasımlı deyib.
Onun szlərinə görə, bütün baş verənlərə əlahiddə baxmaq lazım deyil. “Rusiyanın ümumi bir siyasətinin tərkib hissəsidir. Rusiya və Azərbaycan bir çox məsələlərdə ortaq maraqları olan dövlətlərdir. Rusiyanın böyük dövlət olmasının yolu Azərbaycan ilə əməkdaşlıqdan keçir”- deyə, millət vəkili vurğulayıb.
Millət vəkili əlavə edib ki, Azərbaycan ilə əməkdaşlığın başlıca şərti Ermənitanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe tutmaqdan, yəni, işğal edilmiş Dağlıq Qarabağ regionundan və digər rayonlardan Ermənistan işğalçı qüvvələrinin çıxarılmasına, münaqişənin tənzimlənməsinə nail olmaqdan keçir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar