Sizin Reklam Burada
Xəbər lenti
15-09-2026
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Həyat yoldaşına görə qayınanasını öldürdü -VİDEO

Tarix: 29-12-2016 13:35     Baxış: 4270 A- / A+
Həyat yoldaşına görə qayınanasını öldürdü


Paytaxtın Xəzər Rayonu ərazisində yerləşən vərəm dispanserində qətl törədilib.

ARB TV xəbər verir ki, Buzovna qəsəbəsi Heydər Eyvazov kücəsində yerləşən müəssisədə tibb bacısı işləyən 48 yaşlı Fərqanə Mürsəlova bıçaqlanaraq öldürülüb.

Dispanserə gələn Xəzər Rayon Polis İdarəsi və prokrorluq əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu hadisə yerinə baxış keçirib və şahidlərlə söhbətlər aparıb. Məlum olub ki, qadını kürəkəni Elçin Hüseynov qətlə yetirib.

Şahid: "Yemək vaxtı olub. Kürəkəni gəlib görüb ki, qab yuyur. Arxadan bunu vurub. Ekspertin dediyinə görə 9 bıçaq zərbəsi alıb".

24 yaşlı Elçin Hüseynov Xəzər Rayonu Polis İdarəsinin əməliyyatçıları tərəfindən isti izlərlə yaxalanaraq istintağa təhvil verilib.

Hüseynov ilkin ifadəsində bildirib ki, 2 gün əvvəl həyat yoldaşı ilə mübahisə edib. Ərindən küsən qadın anasının evinə gedib. Dispanserə gələn Elçin qaynanası Fərqanədən qızını ər evinə qaytarmasını tələb edib. Fərqanə Mürsəlova isə kürəkəninə qızının işinə qarışmaq istəmədiyini bildirib. Bundan qəzəblənən kürəkən qadının canına qıyıb.

Baş vermiş faktla əlaqədar Xəzər Rayon Prokrorluğunda başlanan cinayət işi üzrə araşdırmalar davam etdirilir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar