Xəbər lenti
Ləyəndə yaşayan qız dünyasını dəyişib

Nigeriyada sağlam bir körpə olaraq dünyaya gələn, ancaq 6 aylıq ikən səbəbi bilinməyən bir şəkildə bədəninin böyüməsi tamamən dayanan və həyatını plastik bir ləyəndə, ailəsinin dəstəyi ilə davam etdirən Rahma Haruna həyatını itirib.
Yaşıl rəngli plastik bir ləyənin içində həyatına davam edən, qolları və ayaqları olmamasına baxmayaraq, üzündən gülüşünü heç vaxt əskik etməyən Rahmanı sosial media 10 yaşlı qardaşı Fahadın paylaşdığı şəkillə tanınmışdı. Fotoqraf Sani Maikatanqa instaqramda Rahmanın bir şəklini paylaşaraq ölüm xəbərini verdi.
“Daily Mail” qəzetinin xəbərinə görə, həyatını plastik bir ləyəndə keçirməyə məhkum olan Rahmanın bütün fiziki ehtiyaclarını anası qarşılayırdı. Rahmanın atası isə deyib ki, qızı dünyaya gələn gündən onun müalicəsi üçün əlindən gələni edib. Amma iqtisadi çətinliklərlə də mübarizə aparmaq məcburiyyətində qalıb.
Eyni vaxtda bir neçə yerdə işləməsinə baxmayaraq, kommunal xərcləri, bank borclarını ödəmək çətin olub.musavat.com.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar