Xəbər lenti
Adil Qeybulla:"İsgəndər Həmidovun vəziyyəti stabil ağır olaraq qalır..."
"Sabiq daxili işlər naziri , general İsgəndər Həmidovun vəziyyəti stabil ağır olaraq qalır".
Manevr.az xəbər verir ki, bu barədə tibb elmləri doktoru, professor Adil Qeybulla məlumat verib:
"İstiqlalçı millət vəkili, sabiq daxili işlər naziri, general İsgəndər Həmidovun vəziyyəti stabil ağır olaraq qalır. Dünən City Hospitalın və qardaş Türkiyəmizdən olan həkimlərin birgə konsiliumu keçirildi. Hemodinamik göstəricilərinin (qan təzyiqi, nəbz), tənəffüs sayının, qan saturasiyasının (oksigen təminatının) stabilləşməsini, xəstənin ağrı və səs qıcıqlarına zəif reaksiyasını, baş beynin növbəti tomoqrafiyası zamanı ödemin azalma tendensiyasını nəzərə alaraq xəstəyə traxeostomiya qoyulması qərara alındı və uğurla icra edildi. Hal-hazırda vəziyyəti stabil ağır olaraq qalır, koma vəziyyətindədir, hemodinamik göstəricilərini inotrop dəstəksiz (dərman preparatlarının köməyi olmadan) saxlaya bilir. Xəstə zondla qidalandırılır.
Allah şəfa versin, dualarımız onunladır."
Qeyd edək ki, İ.Həmidov 24 yanvardan komadadır və süni tənəffüs aparatına qoşulub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar