Xəbər lenti
Jirinovskidən sensasion sözlər - “Amerikaya tüpürüm... Ermənistan diz çöküb yalvaracaq ki...”
Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski life.ru kanalına verdiyi müsahibədə yenə də sensasion fikirlər səsələndirib. Müsahibədən bəzi seçmələri təqdim edirik:
Türkiyə hadisələri haqda:
V.Jirinovski: Bizə Türkiyə ilə sərhəd sərfəlidir. 70 milyon əhalisi olan müttəfiq ölkə bizə lazımdır. Bizə düşmən, NATO üzvü Türkiyə lazım deyil, o, bizə bütün Qara dənizi bağlayar.
Aparıcı: Axı onlar NATO-dan çıxan deyil.
V.Jirinovski: Mən sizi əmin edirəm, 5-10 il sonra biz cənubda yeni dövlət yaradacağıq-Rusiya, Türkiyə, İran, Suriya, İraq. O vaxt orada sülh olacaq. O, Rusiya, Ukrayna və Belarusdan daha yaxşı olacaq. Budur sizə qardş slavyanlar, slavyanların və pravoslavların arasında satqın daha çoxdur. Hamısı satqındır. Onlar isə sadiq olacaq, çünki biz onların təhlükəsizliyini təmin edəcəyik. Bu, böyük ittifaq olacaq!
Amerikadakı seçkilər haqqında:
V.Jirinovski: Tramp, Hillari-bütün Amerikaya tüpürüm. Biz ayrı yaşayırıq və bunlar bizi qətiyyən maraqlandırmır. Orada kimi prezident seçəcəklərsə Barak Obamanın etdiyini edəcək. Barak Obama isə Buşun elədiyini elədi. Buş isə Klintonun elədiyini. Heç bir rol oynamırlar, necə ki bizdə əvvəllər baş katiblər var idi. Ona görə də biz neytral mövqe tutmalıyıq, əks halda onlara mane olarıq. Orada çox güclü antirus əhvalı var.
Ermənistandakı hadisələr haqda:
Aprıcı: Vladimir Volfoviç, Amerika uzaqdır, Ermənistan isə yaxındır. Ermənistanda baş verənləri xarakterizə edin...
V.Jirinovski: Tüpürüm Ermənistana...
Aparıcı: Nə danışırsız?
V.Jirinovski: Olimpiya oyunlarına da tüpürüm. Başa düşürsünüz, milyonlarla bizim adamlar bu Olimpiya oyunları və hansısa dopinqlə heç maraqlanmır da.
Aparıcı: Bəs bizi alçaldırlar, bununla da maraqlanmırlar?
V.Jirinovski: İnsanlar özləri dopinq almaq istəyir, geniş mənada, çünki yaşamaq çətindir.
Aparıcı: Razıyam.
V.Jirinovski: İnsanların özünə, ola bilsin, dopinq lazım gələcək. Ermənistan əhalisinə də? Orada müntəzəm olaraq çıxışlar olacaq. Balaca ölkədir, dağlıq ölkədir, dağların arasında, Türkiyə və Azərbaycanın arasında sıxışıb, heç bir perspektiv, heç bir iqtisadiyyat yoxdur. Orada artıq bir milyon erməni qalıb. Dünyada isə cəmi 6 milyondurlar. Hamısı qaçıb. Livan, İran, Rusiya, Fransa, Ştatlar-hər yerdə gəzirlər. Orada yaşamağa yer yoxdur-dağlardır. Təbii ki, orada müxtəlif qruplaşmalar bir-birinə qarşı nəsə edəcək.
Aparıcı: Yaxşı, axı orada bizim baza dayanır, o, bizim strateji partnyorumuzdur, yəni strateji partnyora necə tüpürmək olar?
V.Jirinovski: Siz Allah bəsdirin! Bax budur, bizə tüpürəcəklər-bazamızı götürəcəyik. Diz çöküb yalvaracaqlar ki, bazanı qaytaraq. Bu baza onların xilasıdır, əks halda iki tərəfdən türklərlə azərbaycanlılar onları yer üzündən siləcək. Ona görə də Ermənistan haqda narahat olmağa dəyməz. Onlar bizdən heç yana qaçan deyil, çünki bu halda onların sonu çatacaq, tam sonu çatacaq. Azərbaycanlılar dərhal Qarabağı götürəcəklər, türklər kömək edəcək. Üç yüz il əvvəl erməniləri II Yekatrina xilas edib.
Virtualaz.org
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar