Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bu dairələrin nəticələri ləğv edilir - Sensasiya

Tarix: 10-02-2020 10:07     Baxış: 4552 A- / A+
Bu dairələrin nəticələri ləğv edilir - Sensasiya


Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun keçirdiyi mətbuat konfransında əhalinin gözləntilərinin əksinə hərəkət edən və ümidlərə zərbə vuran şəxslərin ciddi cəzalanacağı, o cümlədən sosial şəbəkədə yayılan məlumatların hər birinin dəqiqliklə araşdırılacağı barədə dedikləri böyük rezonans doğurub.

Manevr.az axar.az-a istinadən xəbər verir ki, M.Pənahov bununla bərabər, konkret dairələri də nişan verdi. Onun sözlərinə görə, 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 60 saylı Salyan-Neftçala, 74 saylı Lənkəran kənd, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan və 81 saylı Beyləqan seçki dairələri barədə MSK-ya ciddi müraciətlər daxil olub.

Məxsusi olaraq qeyd edək ki, 33 saylı Xətai birinci seçki dairəsində liderliyi Hüseynbala Mirələmov, 60 saylı Salyan-Neftçala seçki dairəsində Fəzail Ağamalı, 74 saylı Lənkəran kənd seçki dairəsində Hadı Rəcəbli, 79 saylı İmişli seçki dairəsində Murad Fərzəliyev (Ekzit-pollun nəticəsində isə Razi Nurullayev), 80 saylı İmişli-Beyləqan seçki dairəsində Çingiz Qənizadə, 81 saylı Beyləqan seçki dairəsində isə Şahin İsmayılov liderlik edir.

Hazırda bu dairələrdə ciddi araşdırmalar aparılır və dairələrin nəticələrinin ləğv ediləcəyi istisna edilmir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar