Xəbər lenti
“O, Cəbrayıl camaatını təmsil etməyə layiq deyil” - Tanınmış jurnalistdən deputat haqqında SƏRT SÖZLƏR
“Hazırda Cəbrayıl camaatını Milli Məclisdə təmsil edən deputat Astan Şahverdiyevin məlum açıqlamalarını hiddətlə qarşıladım. Cəbrayıl böyük ziyalı potensialı olan rayondur. Hələ sovet dövründə təkcə bizim kənddə 50-dən artıq alim yetişmişdi. Cəbrayılda uşaqlar kitabların arasında böyüyürdülər. Böyük ziyalılar, alimlər yetişdirən bir rayonun deputatı hansısa məsələyə münasibət bildirəndə diqqətli olmalıdır. Astan müəllimin deputat mandatı daşıdığı 11 illik zaman sübut edir ki, o, Cəbrayıl camaatını təmsil etməyə layiq deyil”.
Bu barədə Turkustan.info-ya əslən Cəbrayıldan olan tanınmış jurnalist, Jurnalist Araşdırmaları Mərkəzi İctimai Birliyinin sədri Seymur Verdizadə açıqlamasında deyib.
S.Verdizadə bildirib ki, Cəbrayıl camaatını Milli Məclisdə təmsil etməyə layiq olan minlərlə gənc kadr, savadlı insan var: “Astan müəllim bu adamların yolunu kəsməməlidir”.
Seymur Verdizadə bildiirb ki, Astan Şahverdiyev 3 dəfə seçkinin qalibi elan olunsa da, heç vaxt ona səs verməyib:
“Ötən il baş tutan parlament seçkilərində tanınmış vəkil Adəm Məmmədovun namizədliyini müdafiə etmişəm.
Üstəlik, passiv müdafiə mövqeyində qalmadım, namizədin vəkili kimi fəaliyyət göstərdim.
Həmin vaxt Adəm Məmmədovla birlikdə Bakıda və ölkəmizin müxtəlif bölgələrində yaşayan cəbrayıllılarla 30-dan artıq görüş keçirdik. Biz öz həmyerlilərimizi inandırmaq istəyirdik ki, Astan Şahverdiyev sizi parlamentdə təmsil etməyə layiq deyil. Cəbrayıllıların problemlərinə yaxından bələd olan, Cəbrayıl camaatını öz canı, qanı qədər sevən namizədlərə səs verin. Bilirsiniz, məni ən çox təəcübləndirən nədir? Həmin vaxt Astan Şahverdiyevi ən çox dəstəkləyən o vaxtkı icra başçısı Mahmud Quliyev idi.
O, toyda da, yasda da Astan Şahverdiyevin yanında olur, cəbrayıllılara onu dəstəklədiyinə dair mesaj verirdi.
Amma indi deyir ki, Astan Şahverdiyev nə danışdığını bilmir.
Bir cəbrayıllı, bir jurnalist kimi soruşmaq istəyirəm: Nə danışdığını bilməyən adamın 3 dəfə ard-arda deputat seçilməsinə niyə kömək edirdiniz? Adəm Məmmədovun vəkili olduğuma görə niyə hər gün mənə bir sifariş göndərirdiniz? Mahmud müəllim. yaşlı insandır.
Az-çox həyat təcrübəsi var. Gərək biləydi ki, gəncliklə, yeni nəsillə mübarizədən qalib çıxmaq mümkün deyil.
Söhbət Adəm Məmmədovdan getmir. Cəbrayılın gənc, savadlı, ləyaqətli övladlarına dirsək göstərmək düzgün siyasət deyil. Mahmud Quliyev kimi Astan Şahverdiyevin də dincəlməyə ehtiyacı var.
Qoy, ömürlərinin yerdə qalan hissəsini nəvələrinə həsr etsinlər, daha faydalı işlər görsünlər.”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar