Xəbər lenti
Bu marşrutun hərəkət istiqaməti dəyişəcək -Sərnişinlərin nəzərinə!
Bakıxanov qəsəbəsi, Ərəblinka adlanan ərazinin sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq, 66 saylı marşrutun hərəkət istiqamətində dəyişiklik edilməsi nəzərdə tutulub.
Manevr.az-ın xəbərinə görə, bu barədə Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin sector müdiri Mais Ağayev məlumat verib. Məlumatda bildirilir ki, Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri tərəfindən qeyd edilən ərazidə müvafiq araşdırma aparılıb və müəyyən olunub ki, 66 saylı marşrut xətti Qaraçuxur qəsəbəsi istiqamətinə hərəkət edərkən Nazim İsmayılov küçəsi (Ərəblinka yaşayış sahəsi), əks istiqamətinə isə Zaur Şərifov küçəsi - Gənclik prospekti ilə hərəkət edir. Həmçinin, Nazim İsmayılov küçəsi ilə metronun “Neftçilər” stansiyası istiqamətinə heç bir müntəzəm sərnişindaşıma marşrutu hərəkət etmədiyi üçün bu da sakinlərin haqlı narazılıqlarına səbəb olurdu.
Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri tərəfindən aparılan təhlilləri nəzərə alaraq, Nazim İsmayılov (Ərəblinka yaşayış sahəsi) və Zaur Şərifov küçələrinin sakinlərinin müntəzəm sərnişindaşıma marşrutundan istifadə etmələri üçün 66 saylı marşrutun hərəkət istiqamətində dəyişiklik edilərək sxemdə göstərildiyi qaydada Zaur Şərifov küçəsindən Cəlal Qurbanov küçəsinə dönərək, oradan isə geriyə Zaur Şərifov küçəsi, Nazim İsmayılov küçəsi və Şamil Kamilov küçəsi ilə hərəkət etməsini məqsədəuyğun hesab edilir.
Məlumat üçün bildiririk ki, Gənclik prospekti ilə alternativ olaraq 55 və 81 nömrəli müntəzəm marşrutlar hərəkət etdiyi üçün həmin ərazinin sakinləri qeyd edilən marşrut xəttlərindən istifadə edə bilərlər. Həmçinin, yaxın zamanda avtobusların dayanması üçün Cəlal Qurbanov küçəsində dayanacaq məntəqəsinin yaradılaraq 5.12 yol nişanının və digər yol hərəkət nişanlarının quraşdırılması nəzərdə tutulub.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, sərnişinlərin nəzərdə tutulan dəyişikliklə bağlı əvvəlcədən məlumatlandırmaq məqsədi ilə bildiririk ki, 66 saylı marşrut xətti üzrə avtobuslar 03.01.2017-ci il tarixindən test rejimində yeni sxem üzrə hərəkət edəcək. Test rejimi müddətində sərnişinlərin sözügedən dəyişikliklə bağlı hər hansı bir narazılığı olmayacağı halda, bu hərəkət sxemi təsdiq ediləcək.atv.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar