Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Tacəddin Sücəddinov Prezidentə şikayət etdi: - YAP-ın namizədi Elman Nəsirovdan... -ŞƏKİLLƏR

Tarix: 02-02-2020 23:11     Baxış: 41 629 A- / A+
Tacəddin Sücəddinov Prezidentə şikayət etdi: - YAP-ın namizədi Elman Nəsirovdan...

Fevralın 9-da keçiriləcək parlament seşkilərində aparılan təbliğat kampaniyasında maraqlı proseslər müşahidə edilir. Bir sıra dairələrdə əvvəlki deputatların əksəriyyətinə qarşı seçicilərin böyük antipatiyası aşkar görünür. Belə dairələrdən biri də 68 saylı Cəlilabad Kənd Seçki Dairəsidir.

Qeyd edək ki, sözügedən dairəni Milli Məclisdə hazırda politoloq Elman Nəsirov təmsil edir. Lakin müşahidələr göstərir ki, onun son beş illik fəaliyyəti seçicilərini qane etməyib və onlar bunu açıq nümayiş etdirirlər. Lakin bəzi məmurlar yenə də saxta yollardan əl çəkməyərək Elman Nəsirovun deputatlığının ömrünü nəyin bahasına olur-olsun uzatmağa çalışırlar.

Təbliğat kampaniyasının müşahidəsi deməyə əsas verir ki, 68 saylı Seçki Dairəsinin favorit namizədi beynəlxalq hüquq üzrə mütəxəssis Tacəddin Sücəddinovdur. Bunu onun seçicilərlə keçirdiyi görüşlər də sübut edir. T. Sücəddinovun keçirdiyi bütün görüşlər geniş izdihamla diqqət çəkir. Lakin digər namizəd Elman Nəsirovun qanuna zidd təşviqat kampaniyası aparması onu dövlət başçısına müraicət etməyə məcbur edib.

Müraciəti olduğu kimi təqdim edirik:

“Hörmətli Cənab Prezident!

Mən, Sücəddinov Tacəddin Sücəddin oğlu, 68 saylı Cəlilabad kənd seçki dairəsindən deputatlığa namizədəm. Ailəlilkcə və nəsillikcə dövlətimizə, dövlətçiliyimizə, xalqımızın undulmaz lideri və Ulu Öndəri Heydər Əliev kursuna, Onun layiqli davamçısı kimi dövlət başçımız olaraq Sizə dəstəyimiz hər zaman tamdır. Ulu Önədərimizin Yeni Azərbaycan ideyasınının tam həyata keçməsini arzulayan bir vətəndaş kimi, başladığınız islahatlara dəstək vermək, xalqın səsi olmaq, qanunvericilik prosesində aktiv iştirak etmək, dövlətimizi hər sahədə gücləndirməkdə millətin nümunəvi vəkili olaraq iştirak etmək üçün 09 fevral 2020-ci il tatixdə keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyimi doğulduğum Abışabad kəndi də daxil olan 68 saylı Cəlilabad Kənd Seçki Dairəsindən irəli sürdüm.

1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakultəsini bitirmişəm. Beynəlxalq Hüquq üzrə mütəxəssisəm. 2002-2003-cü illərdə hərbi xidmətdə olmuşam. İngilis dili və komputer texnologiyalarından özəl kurslarda müəllim, mülki işlər üzrə nümayəndə qismində məhkəmələrdə vəkil, özəl tikinti şirkətlərində hüquqşünas kimi işləmişəm.

Sizin şəffaf, ədalətli və demokratik seçki keçirilməsi barədə çıxışlarınızda ortaya qoyduğunuz iradənizə arxalanaraq, Sizə və xalqımın səsi ilə seçkidə qalib gələcəyimə inanaraq, bitərəf namizəd kimi seçki prosesinə qoşulmuşam. Məqsədim xalqımıza, dövlətçiliyə, dövlətimizin hər sahədə inkişafına, Sizin gəncləşdirmə siyasətinizə və islahatlara tövhə vermək, bu yolda savad və qabiliyyətimi əzmlə ortaya qoymaq, xalqımın bütün sosial-iqtisadi problemlərinin həllində onların səsi olmaq və Sizin dediyiniz kimi, xalq ilə iç-içə olmaqla, mövcud problemləri bilmək, onların həlli üçün icra strukturları ilə çiyin-çiyinə çalışmaq və bu yolla xalqla dövlətin sarsılmaz birliyinə, daha da güclənməsinə tövhə verməkdir.

Cənab Prezident!

Təəssüflə qeyd etməyə məcburam ki, Sizin şəffaf və demokratik seçki prosesi keçirilməsi yolundakı çağırışlarınıza və siyasətinizə hələ də öz çirkin əməlləri ilə kölgə salmaq istəyənlər var. Bəzi məmurlar ölkədə böyük vüsət alan dəyişim prosesinin ruhuna zidd fəaliyyətlərindən əl çəkə bilmirlər.
Namizədliyimin qeydə alınmasında və təbliğat-təşviqat dövründə 68 saylı dairə seçki komissiyası tərəfindən heç bir maneə törədilmədi. Buna görə DSK sədri Mehman Rzayevə təşəkkürümü bildirirəm.

Lakin təbliğat-təşviqat kampaniyası zamanı bir sıra qanun pozuntuları aşkar müşahidə edilir və bunların qarşısının alınması üçün Sizə müraciət etməyə məcburuq. Nəzərinizə çatdırıram ki, 68 saylı Cəlilabad kənd seçki dairəsinin ərazisində bəzi kənd icra nümayəndələri seçicilərdən bitərəf namizədlərin görüşünə gəlməmələrini qanunsuz olaraq tələb edirlər və inzibati resurslardan əks təbliğat üçün tam gücü ilə istifadə edirlər. Əvəzində isə bu dairədən Yeni Azərbaycan Partiyasının namizədi olan Elman Nəsirovun görüşlərini təşkil edir, kənd məktəb direktorlarını, müəllimləri, bələdiyyə üzvlərini, tibb məntəqələrinin işçilərini və digər büdcə təşkilatları işçilərini qanunsuz olaraq onun görüşlərinə toplayırlar. Bundan daha dəhşətlisi odur ki, Sizin iradənizin əksinə olaraq, insanlar arasında bu seçkinin də şəffaf keçməyəcəyini, Elman Nəsirovun artıq seçildiyini təbliğ edirlər, seçkiyə, Sizin islahatlarınıza kölgə salmağa çalışırlar.

Mən isə hər görüşümdə seçicilərimə bildirirəm ki, bu seçki cənab Prezidentimizin iradəsinə uyğun olaraq şəffaf, ədalətli və demokratik keçəcək və xalqın etimad göstərdiyi namizədlər qalib gələcəkdir. Onlarda seçkiyə inam yaratmaqla 09 fevral 2020-ci il tarixdə səsverməyə kütləvi şəkildə gəlmələrini, səslərinə sahib çıxmalarını və Sizin iradənizə inanmalarını təmin etməyə çalışıram. Bundan başqa, seçkini saxtalaşdırmaq niyəti ilə bəzi kəndlərdə evdar qadınlara dövlət tərəfindən maddi yardım ediləcəyi bəhanəsilə şəxsiyyət vəsiqələrinin surəti yığılır və bu kimi digər işlər görülür.

Cənab Prezident!

Hansı kəndə görüşə gedirəmsə, kənd camaatının ilk tələbi şəffaf seçkini təmin etmək istəyidir. Cəlilabad camaatı Sizə inanır və dəstəkləyir. Lakin, çox təəssüf ki, insanlarda Sizin apardığınız demokratik dəyişim siyasətinə inamsızlıq yaratmaq istəyənlər, xalqın narazılığını Sizə yönəltmək istəyənlər var. Şəxsi maraqları naminə Sizin və əziz Cəlilabad camaatının iradəsinə əks gedənlərin qarşısında durmağa çalışırıq. Lakin təəssüf ki, bizim bu qanunsusluqların qarşısını almaq imkanlarımız məhduddur.

Bunları diqqətinizə şatdıraraq Sizdən xahiş edirəm ki, 68 saylı Cəlilabad Kənd Seçki Dairəsində baş verən qanunsuzluqları nəzarətə götürəsiniz və özbaşınalıqların qarşısnın alınmasına dəstək verəsiniz. 09 fevral 2020-ci il seçkilərinin millətimiz və dövlətimiz üçün xeyirlərə vəsilə olması arzusu ilə, Sizə təşəkkür edirəm”.


Seçicilərlə görüşlərdən fotolar:

Tacəddin Sücəddinov Prezidentə şikayət etdi: - YAP-ın namizədi Elman Nəsirovdan...
Tacəddin Sücəddinov Prezidentə şikayət etdi: - YAP-ın namizədi Elman Nəsirovdan...
Tacəddin Sücəddinov Prezidentə şikayət etdi: - YAP-ın namizədi Elman Nəsirovdan...
Tacəddin Sücəddinov Prezidentə şikayət etdi: - YAP-ın namizədi Elman Nəsirovdan...
Tacəddin Sücəddinov Prezidentə şikayət etdi: - YAP-ın namizədi Elman Nəsirovdan...
Tacəddin Sücəddinov Prezidentə şikayət etdi: - YAP-ın namizədi Elman Nəsirovdan...
Tacəddin Sücəddinov Prezidentə şikayət etdi: - YAP-ın namizədi Elman Nəsirovdan...
Tacəddin Sücəddinov Prezidentə şikayət etdi: - YAP-ın namizədi Elman Nəsirovdan...
Tacəddin Sücəddinov Prezidentə şikayət etdi: - YAP-ın namizədi Elman Nəsirovdan...


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar