Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Canlı genetik silah “azadlığa buraxıldı”

Tarix: 01-02-2020 07:16     Baxış: 4174 A- / A+
Canlı genetik silah “azadlığa buraxıldı”

Kornell Universitetinin (Nyu-York, ABŞ ) alimləri kənd təsərrüfatı bitkilərinin ziyanvericilərinə qarşı silah kimi nəzərdə tutulan genetik cəhətdən modifikasiya olunmuş kələm güvəsi “Plutella xylostella”nı çöl şəraitində sınaqdan keçiriblər.

Bu barədə “Phys.org” nəşrində yerləşdirilmiş press-relizdə deyilir.

Relizə əsasən, tədqiqatçılar azadlığa modifikasiya olunmuş erkək güvələr buraxıblar ki, onlar dişi ilə cütləşdikdən sonra dünyaya gələn yeni fərdlərə dişi tırtılların sağ qalmağına imkan verməyən geni ötürürlər.

Genetik cəhətdən modifikasiya olunmuş həşəratların vaxtaşırı buraxılması zərərvericilərin yabanı şəraitdə çoxalmasına təsir göstərir. Gen populyasiyada təsbit edilir və bir neçə nəsil sonra güvənin tam yox olmağına gətirib çıxarır.

İstixanalarda aparılan ilkin tədqiqatlar göstərdi ki, həşəratların özünüməhdudlaşdıran xəttinin buraxılması zərərvericilərin populyasiyasını effektiv şəkildə azaldır və insektisidlərə davamlılığın yaranmasının qarşısını alır.

Bu texnologiya “gen daşıma” (gene drive) adlanır və insan tərəfindən dəyişdirilmiş genləri heyvanlar və ya bitkilər arasında tez bir zamanda yaymağa imkan verir. Alimlər bu üsuldan, həmçinin malyariya ağcaqanadlarının populyasiyasını azaltmaq və ya məhv etmək üçün istifadə etmək istəyirlər. oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar