Sizin Reklam Burada
Xəbər lenti
08-11-2025
07-11-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyə İdlib vilayətində əlavə tədbirlər alacağını bildirib

Tarix: 31-01-2020 05:38     Baxış: 3218 A- / A+
Türkiyə İdlib vilayətində əlavə tədbirlər alacağını bildirib

Prezident Rəcəp Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının təxminən 5 saat davam edən iclasından sonra Türkiyənin Suriyanın şimal-qərbindəki İdlib vilayətində təhlükəsizlik qüvvələri və mülki vətəndaşları hədəf alan hücumlara qarşı əlavə tədbirlər alacağını bildirib.

Rusiyanın dəstəklədiyi Suriyanın hökumət qüvvələrinin İdlibdəki bombardmanları Türkiyədə yeni bir qaçqın dalğasının narahatlığını artırıb.

Çərşənbə günü Ərdoğan Suriyadakı bombardmanlara görə Ankaranın səbrinin tükəndiyini və Rusiyanın oradakı qarşıdurmanı dayandırmağa yönəlmiş razılığı pozduğunu deyib.

"Bizim ölkənin öhdəliyi Suriyanın müxtəlif bölgələrində təhlükəsizlik qüvvələrimizi və mülki əhalini hədəf almaqda davam edən terror hücumlarına qarşı əlavə tədbirlər görməkdən ibarətdir. Əsasən İdlib olmaqla, Suriyada fəaliyyət göstərən ölkələrlə razılaşmalara baxmayaraq, hücumlar davam edir" - deyə, Milli Təhlükəsizlik Şurasının bəyanatında bildirilib.

Müxalif fəallar və xilasetmə dəstələrinin cümə axşamı bildirdiyinə görə, hərbi təyyarələr Suriyanın şimal-qərbindəki üsyançılara məxsus mövqeləri hədəf alarkən azı 10 nəfər ölüb. Suriyanın hökumət qüvvələrini dəstəkləyən Rusiya döyüş təyyarələri tərəfindən həyata keçirildiyi güman edilən bombardman zamanı yerli xəstəxananı da dağılıb.

Rusiya Müdafiə Nazirliyi hücumun arxasında olduğunu rədd edərək, bunu "təxribat" adlandırıb. Nazirlik Rusiya döyüş təyyarələrinin ərazidə heç bir hücum həyata keçirmədiyini bildirib. amerikaninsesi

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar