Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

"İşlər belə getsə, deyəsən, dədə - Ölüb qalacağam Mingəçevirdə..."

Tarix: 30-01-2020 15:22     Baxış: 2429 A- / A+
"İşlər belə getsə, deyəsən, dədə - Ölüb qalacağam Mingəçevirdə..."


...Bir az adam içinə çıx.
Tanrı səndən yuxarıda,
Allah olası deyilsən.
Çoxları elə bilir ki,
Adam balası deyilsən
Yuxarı başdakı adam...


Manevr.az İsmayıl İmanzadənin şeirlərini təqdim edir:

PEYĞƏMBƏR ƏFƏNDIMIZ

Yeri-göyü nəqş edən Tanrımıza həmd olsun,
Səni bizə bəxş edən Tanrımıza həmd olsun!
Dirilik çeşməsidir köksün, Ya Rəsulallah,
Müqəddəsdir-əzizdir ismin, Ya Rəsulallah!

La İlahə İlləllah, Məhəmməd Rəsulallah,
Saf eşqinlə nur saçır kainat, Rəsulallah!
Salamlar olsun Sənə, Peyğəmbər Əfəndimiz,
Sevgisi çiçək kimi təzə-tər Əfəndimiz!

Salamlar olsun Sənə, məramın nə gözəldir,
Kəbən, Məkkən, Mədinən-kəlamın nə gözəldir!
Hamımız pay umuruq Sənin mərhəmətindən,
Qəlbimiz vəcdə gəlir ülvi məhəbbətindən!

13. 06.2013

AZƏRBAYCAN TORPAĞIYAM

Bir dünyayam, təbiətin
nəfəsindən yaranmışam.
Gözlərindən alov yağan
al günəşin həvəsindən
yaranmışam.
Qarlı dağlar bəyaz rəngli
“nur çələngim”.
Zaman-zaman igidləri
səsləyibdir
“Yallım”, “Cəngim”.
Koroğlunun, Cavanşirin
söhbəti var yaddaşımda.
Kipriyimlə od daşıdım
ilk yaşımdan...
Nəsimilər dönməzliyim,
Dədəm Qorqud
ağlım mənim.
Dastanlara sığışmayıb
Babək adlı oğlum mənim.
Yer üzünü dolaşdıqca
Nizaminin, Füzulinin izi ilə,
nələr gördüm Sabirimin,
Vurğunumun gözü ilə...
Yenilməyən hünərimdir
Mehdilərim, Həzilərim.
Qobustanda tariximdən
Söhbət açır qayaüstü
yazılarım.
Araz mənim sözlü dilim,
“Dəli-dolu” Kür, eşqimdir.
Cöşğun Xəzər
dünya boyda gur eşqimdir.
Xəritədə bir nöqtəyə
bənzəsəm də,
Ürəklərdə-diləklərdə
yaşıl çinar yarpağıyam.
Qitə-qitə, ölkə-ölkə
sözü gəzən
Azərbaycan torpağıyam.

1978


VƏTƏN АNА, TОRPАQ NАMUS...

Dua etdim, ulu Tаnrım dаdımа yеtdi,
Ərən yurdum nər biləkli оğul böyütdü.
Yаddа sахlа, bаbаlаrdаn qаlаn öyüddü-
Vətən аnа, tоrpаq nаmus, sеvgi əmаnət.

Dədəm Qоrqud zəfərdədir şərəf-şаn-dеdi,
Şəhid ruhu yеrdə qаlmаz nаhаq qаn-dеdi.
Хudаfərin hаrаy çəkdi, Sаvаlаn dеdi-
Vətən аnа, tоrpаq nаmus, sеvgi əmаnət.

Qаrı düşmən,vаrlığımdır аnаm Qаrаbаğ,
Gözünü аç, tariximə bir də yaxşı bах.
Еşitdinmi, öz ləhcəmdə söylədi hər dаğ-
Vətən аnа, tоrpаq nаmus, sеvgi əmаnət.

Kitаb kimi varaqladım Kürlə Аrаzı,
Əcdаdımın Qоbustаndаn gəldi аvаzı.
Bаbək döyüş bаyrаğınа qаnıylа yаzıb-
Vətən аnа, tоrpаq nаmus, sеvgi əmаnət.

Vətən оğlu igid əsgər, sаbаhın хеyir,
Səhər mеhi təbəssümlə qаpını döyür.
Göyçə səndən nicаt umur, Zəngəzur dеyir-
Vətən аnа, tоrpаq nаmus, sеvgi əmаnət.

Mən üç rəngli bаyrаğımlа kеçmişəm оddаn,
Vətən sözü müqəddəsdir hər cürə аddаn.
Аtа millət, аnа millət, çıхаrmа yаddаn-
Vətən аnа, tоrpаq nаmus, sеvgi əmаnət.

YUXARI BAŞDAKI ADAM

Yuxarı başdakı adam,
Gəl, bir az da aşağı bax.
Ölən səsin zülmətində
Çabalayan işığa bax.

Hələ toz qonmaz üstünə,
Qapılar üzünə açıq.
Yuxarı başdakı adam-
Bir az ordan aşağı düş,
Bir az adam içinə çıx.

Tanrı səndən yuxarıda,
Allah olası deyilsən.
Çoxları elə bilir ki,
Adam balası deyilsən.

Yuxarı başdakı adam-
Bil ki, təkcə qapıdan yox,
Pəncərədən də daş gəlir.
Haqqa arxa çevirənlər
Sonda qarğışa tuş gəlir.

Yerdən qalxan naləyə bax,
De, çatdımı sənə bu səs?
Bəlkə dərddən yuxarıda
Dayanıb durmağın əbəs...

Üzündə ölüm kölgəsi,
Qan tutubdu bəlkə səni?
Bəxtinmi durub üzünə,
Kimdir çəkən bərkə səni?

Heç üstünə gün düşdümü,
Dərddən xəbərin oldumu?
Göyün yeddinci qatından,
Gələn səhərin oldumu?

Ətəyin əllərdən uzaq,
Yaxandan tutan yox hələ.
Səni məhşər ayağına
Sürüyüb dartan yox hələ.

Axı, hardan biləsən ki,
Göz yaşına tab gətirməz
Bu dünyada nə daş, nə dam.
Bir az da aşağı boylan,
Kölgəyə, işığa boylan.

Adam olmağın vaxtıdır,
Yuxarı başdakı adam.

ƏYRİLƏR DÜZƏLƏN DEYİL

Düzün düz qəlbi var, əyrinin əyri,
Yaxşılar tükənib azalan deyil.
Düzləri qoruyaq əyilməsinlər,
Əyrilər onsuz da düzələn deyil.

İstər çarmıxa çək, istər oda at,
Əyrilər durulmaz çirkli su kimi.
Düz niyyət gül açar təmiz ürəkdə,
Yaxşı adamların arzusu kimi.

Saflıq da bir ovuc toxum kimidir,
Qorusan, cücərib artar, dən tutar.
Əyri adam ki var, bir qəlbə dəyən
Acı söz eşitsə, ona dəm tutar.

Böhtan iməkləyər, yeriməz, ancaq-
Əyrilər istər ki, yerisin o da.
Bir yalan görəndə yaxşı adamlar-
Onu “uf” demədən verərlər bada.

Yaxşılar “xərcləməz” qeyrətin-arın,
Pislərin kim görüb əsl üzünü?
Qədrini bilməsək düz adamların,
Heç silmək olarmı şərin izini?

Əyri adamlara nə var ki axı,
Qəlbləri zirehli, sifətləri daş.
Saflar şüşə kimi tez sına bilir,
Yaxşı adamları qoruyaq, qardaş!

Ürəyin düzdürsə, daha nə dərdin,
Yaxşı tanışın da, dostun da olur.
Aldanma dilinə, bil ki, namərdin,
Çörəyi dizinin üstündə olur...

Düzün düz qəlbi var, əyrinin əyri,
Yaxşılar tükənib azalan deyil.
Düzləri qoruyaq əyilməsinlər,
Əyrilər onsuz da düzələn deyil.

SÖZ OĞRULARI

Hələ kəsmək olmur axan qanları,
Kim başa çıxardıb bu yamanları?
Nə xoş üzləri var, nə amanları-
Heç vədə görmədim düz, oğruları.

Yol var ki ömürdən-gündən uzundu,
Sandım hər ilahi kəlmə azandı.
Özgənin odunu qapıb qızındı-
Ocaq oğruları, köz oğruları.

Hərdən sevincləri dönsə də yasa,
Çoxları aldandı kor ehtirasa.
Gah zərə uydular, gah da libasa-
Namus dəllalları, qız oğruları.

Şöhrət düşkünləri uydular vara,
Saflıq da, düzlük də çəkildi dara.
Həmişə üz tutur əyri yollara-
Cığır oğruları, iz oğruları.

Qəlbi ovlayanda oğrun baxışla,
Yuyulmaz suçları qarla-yağışla.
Üz-üzə qalırlar qanla, qarğışla-
Yataq hərisləri, göz oğruları...

Qarışıq düşəndə səslər-hənirlər,
Tarıma çəkilir simtək sinirlər.
“Şairəm”- deyibən qürrələnirlər-
Təbləri ərəmik söz oğruları.

11.08.2014

BU DАŞ, BU DА TƏRƏZİ

Dünyа еlə əzəl gündən bir sаhibsiz bаzаrdı,
Аlаnı dа, sаtаnı dа üzümüzə bоzаrdı.
Bu bütlərə səcdə еtmək bizdə köhnə аzаrdı-
İstər öldür, istər yаşаt-bu dаş, bu dа tərəzi.

Qоrхmа, dövrаn hər аddımdа sən dеyəni dеyirsə,
Kimdir səndən sаflıq umаn, qurd içini yеyirsə.
Yüz yоl ölç-biç, götür-qоy еt-əgər susmаq хеyirsə-
Öldür vахtı, bаşını qаt-bu dаş, bu dа tərəzi.

Nə düşdü ki, qismətinə о tаlаnаn örüşdən?
Gеt, şirə çək аrı kimi, ələ düşən hər işdən.
Kim sахlаyаr səni ахı bеlə аlış-vеrişdən-
Sаtıb аldаt, аlıb аldаt-bu dаş, bu dа tərəzi.

Ucа millət qəlbi kövrək-bаğışlаyаr səni də,
Kütlə аğlı səmt küləyi-аlqışlаyаr səni də.
Fəndgir tərif sığаllаyаr, nахışlаyаr səni də-
О pаy-püşə tеz yürü çаt-bu dаş, bu dа tərəzi.

Bizik sаvаş mеydаnındа bölünən də, bölən də,
Söylədi ki, mən hаqlıyаm-öldürən də, ölən də.
Bu tоrpаqdаn cəsəd iyi, qаn qохusu gələndə-
Gеt, piştахtа dаlındа yаt-bu dаş, bu dа tərəzi.

Min illərdir hаqqın-sаyın bоynu bükük-yоl аzаn,
Biclik bilsən kürsülərə dırmаşmаğа yоl аsаn.
Bu bаzаrdа аğıllı yох, gərək аyıq оlаsаn-
Pərsəngə dön, insаfı аt-bu dаş, bu dа tərəzi.

Аtаm оğlu, bu mеydаndа yеr tаpılmаz düzə tа,
Biz sözü də qаlаylаdıq, pахır çıхmır üzə tа.
İblis mələk libаsındа kül üfürür gözə tа-
Sаt məsləki, utаnmа sаt-bu dаş, bu dа tərəzi,
Öldür vахtı, bаşını qаt-bu dаş, bu dа tərəzi.

ÖMÜR MUNCUQ DÜZÜMÜDÜR

Məhəbbətim qibləm, andım
Onun alovunda yandım.
Misra-misra sıralandım-
Sözə vurula-vurula.

Bir nəğməli dodaq oldum,
Yaşıl üzlü yarpaq oldum.
Qaynar gözlü bulaq oldum-
Axıb durula-durula.

Duyğu qəlbin közümüdür,
Kövrəkliyin özümüdür?
Ömür muncuq düzümüdür-
Harda qırıla, qırıla...

29.03.1981

NİYƏ

Cavanlığım qaya çapan, daş qıran
Alın yazım haray çəkib qışqıran.
Bir zamanlar damarımdan fışqıran
Həyat eşqim mürgüləyir indi ta.

Yuxu deyil-xeyirliyə yozam mən,
Ölməyib ki məzarını qazam mən.
Gücüm çatmır sükutunu pozam mən,
Bu da belə bir ömürdü, gündü ta.

Üzə düşüb öyrənəndə dilini,
Şaxta vurdu çiçəyini, gülünü.
Eşələyib xışmaladım külünü,
Bir də gördüm közərtisi söndü ta.

Dönük bəxtə nə yalvarış, nə hədə
Daşa döndü lal həsrətim sinədə.
Çatmayıbsa hələ sona vaxt-vədə,
Niyə bəxtin məndən üzü döndü ta?..

may,2014

İŞLƏR BELƏ GETSƏ...

Mənim yurd həsrətim qəmli bir ağı,
Sinəmə çal-çarpaz dağ çəkdi yağı.
Bir vaxtlar haradan biləydim axı-
Gəlib qalacağam Mingəçevirdə?

Bir gün elim-obam qayıtsa geri,
Məni səsləyəcək bir ocaq yeri.
Onda sanmayın ki, Bozdağı Diri-
Bilib, qalacağam Mingəçevirdə.

Ölüm nə qorxudur, nə də ki, hədə
Bir göz qırpımında keçdi vaxt-vədə.
İşlər belə getsə, deyəsən, dədə-
Ölüb qalacağam Mingəçevirdə...

iyul, 2015

DÜŞDÜN

Hər gəlişində bir sirr,
İçimdən yellər əsir.
Yazdım-pozdum nə kəsir,
Nə tam şəklinə düşdün.

Nisgilim yığın-yığın,
Açılmır qırışığım.
Gördün sönür işığım,
Bir şam şəklinə düşdün.

Nə ulduzsan, nə də ay
Hər qatın bir gizli lay.
Bəlkə bir gün ya saray,
Ya dam şəklinə düşdün.

Səni gəzməyim əbəs,
İçimdə boğuldu səs.
Mələk idin, niyə bəs
Adam şəklinə düşdün?..

YANDIR MƏKTUBLARIMI

Yandır səndə olan məktublarımı,
İstəsən, sözlərin oduna qızın.
Yandır ağlar qalan məktublarımı,
Ərit sinəndəki hikkənin buzun.

Yandır, tüstülənsin ürəyimdəki
“Sevgilim kəlməsi”, “gülüm” kəlməsi.
Mən heç, özün bir az rahat ol təki,
Dözərəm, ağlına heç nə gəlməsin.

Elə şəklimi də at o tonqala,
Yandır ürəyimin avazın-səsin.
Nakam sevgimizdən bir ocaq qala,
Əllərin son anda qoy, titrəməsin.

Yandır, eşqimizdən verməsin nişan,
Yığışdır yollardan baxışlarını.
Yandır, hər kəlməmə bir vaxt qarışan
Dumduru su kimi göz yaşlarını.

Yandır məktubları, qoy tüstülənsin
Uzaqdan boylanan o görüş yeri.
Üstümə bir bulud harayı ensin,
Qərq edim sularda xatirələri.

İtən avazımı, susan səsimi
Qatıb hər kəlməmə, sonra da yandır.
Könlünü oxşasın bir meh əsimi,
Özünə təzədən sən haqq qazandır.

Bilirəm, çat düşməz bir də səbrinə,
Axmaz göz yaşların ta narın-narın.
Mənim sinəmdəki sevgi qəbrinə
Səpələ külünü o məktubların.

2007

O BƏYAZ GECƏ…

( … )

O gün yol getmişdik tanış bir izlə,
O gün dil tapmışdıq alovla-közlə.
Sübhədək isindi nəfəsimizlə,
Dönük bəxtimizin ayaz gecəsi.

Bir sevdalı anlar, bir də biz idik,
Xəlvət bir guşədə ikimiz idik.
Dəli ehtirasla üzbəüz idik,
Nə qış axşamıydı, nə yaz gecəsi.

Ayrıldıq…təzədən yağdı qar-yağış,
Əsdi xəzan yeli, ötüb keçdi qış.
Heç demə ən şirin vüsal çağıymış,
Bizim ömrümüzün bəyaz kecəsi…

25.01.2015

ÇAYIN SAHİLİNDƏ BİR QIZ AĞLAYIR

Siyah saçlarını oynadır külək,
Qəmli sinəsindən asılıb bilək.
Sanki göydən enmiş mələkdir, mələk
Nədənsə dayanıb yalqız ağlayır-
Çayın sahilində bir qız ağlayır.

Nəmli gözləriylə baxır sulara,
Bilən yox fikrində üz tutub hara.
Dönüb sərt küləyə, çevrilib qara,
Göyərmiş əlləri bumbuz, ağlayır-
Çayın sahilində bir qız ağlayır.

Əsir yarpaq kimi sızladıqca can,
Qəfil bir ölümmü axtarır hər an?
Asılıb durubdu göz yaşlarından,
Elə bil bənövşə, nərgiz ağlayır-
Çayın sahilində bir qız ağlayır.

Qəlbindən keçəni suya danışmır,
Çöküb çöhrəsinə həya-danışmır.
Nisgili gəlməyir saya-danışmır,
Gah dodaq səyriyir, gah üz ağlayır-
Çayın sahilində bir qız ağlayır.

Bəlkə o, cavabsız eşqə əsirdir,
Bəlkə bir kimsəsiz yetim-yesirdir?
Anlamaq olmur ki, bu necə sirdir,
Lal haray hıçqırır, avaz ağlayır-
Çayın sahilində bir qız ağlayır.

İndi dünya ona qəfəs kimi dar,
Halına acımır nə dost, nə də yar.
Allahım, gəl onu özünə qaytar,
Dil dönüb kösövə, ağız ağlayır-
Çayın sahilində bir qız ağlayır.

UNUTMAYAN ÜRƏKDİR

Dost, deyirsən gec deyil,
Gəl, qəlbindən sil onu.
Elə bil ki, ürək yox,
Təkcə sevib dil onu.

Məgər sevməmisənmi,
Bu söz nəyə gərəkdir?
Mən unutmaq istərdim,
Unutmayan ürəkdir...

noyabr,1964


DAŞA SÖYKƏNƏN GƏLİN

Bağrına basdığın daş
Yer-göy dilə gəlsə də,
Lap dərdindən ölsə də,
Dinib danışan deyil.
Ha yalvar, ha dilə tut
Sönmüş ocaq kimidir,
Bir də alışan deyil.

Onun daş yuxusunu
Poza bilən tapılmaz.
Əzəl gündən belədir,
Ölümün mənasını
Yoza bilən tapılmaz...

Ağlama, göz yaşıyla
Göyərən deyil bu daş.
Getsən dalınca düşüb,
Yüyürən deyil bu daş.

Bir məzar sükutunda
“Közərən” kədərdi o.
Nə danışıb-dinəndi,
Nə “gəldi-gedərdi” o.

Bu daş, nakam eşqinin
Möhlət-aman bilməyən
Ölümə qarğışıdır.
Bu daş ağlar qəlbinin
Qarlı-buzlu qışıdır...

Söykən səbrinə, qoyma
Nə qəlbinin atəşi,
olsun bu daş.
Haqqdan üzmə əlini,
Qoy, sənin ismətinin
Heykəli olsun bu daş!..

2006

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar