Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Əminə Uysal:"Qoxunu duyuram qağayı qanadlarında..."

Tarix: 29-01-2020 11:21     Baxış: 2401 A- / A+
Əminə Uysal:"Qoxunu duyuram qağayı qanadlarında..."

Əminə Uysal Manisanın Salihli şəhərində yaşayır. “Sevgiyə dair “ hekayələr və “ Kibrit qutusu” şeirlər kitabı var. Təbiəti, gözəl olan hər şeyi şevir. Şeirləri çox orijinal və məna yüklüdür. O, çox pozitiv, qəlbi sevgi və işıqla dolu bir şairdir. Səmimi və saf qəlblidir. Şairin əvvəllər də Nazilə Gültacın çevirməsində şeirləri çap olunub. Ona uğurlar arzu edirik.

Manevr.az Əminə Uysalın bir neçə şeirini oxuculara təqdim edir:

BAHAR TƏMİZLİYİ

Hər bahar təmizlik aparıram,
Yataq, yastıq
Çırpılıb pardaqlanır.
Işə yaramayan köhnələr bir- bir atılır.
Tək sən atılmırsan Əşrəf.
Tək sən...
Naftalinləyib, naftalinləyib
qoyuram yerinə...

BULUD

Dağlar aşıb,
Çaylar keçmış kimi
Yordu bu sevda məni.
Bir bulud istəyirəm,
Üstünə uzanmağa indi.

NƏSİHƏT

Bu gün ürəyimin qulağını çəkib,
Qoydum qarşıma.
Nəsihət etdim,
Nəsihət.
O da qırmadı məni
Dinlədi.
Sonra
Büzdü dodağını.
Gözlərimə baxdı.
Dedi:
-Hüzün mənim,
Sevinc mənim,
Sənə nə!

KİÇİK ÜRƏKLİ

Öz dünyanda yalnız olan qadın,
Könüldə sıranı çaşdın, neyləyim.
Indi hər şey yavan, qalmadı dadın.
Bir ömür boş yaşadın, neyləyim.

Başında əsərkən sevdanın yeli,
Çəkinərək tutdun uzanan əli.
Kiminə müəllim, kiminə dəli.
Əslində yuvasız quşdun, neyləyim.

Eləcə xəyaldı, gerçəkmi sandın?
Gördüyün röyadan artıq oyandın.
Belə bilməmişdin, ondan utandın,
Kiçikmiş ürəyi, daşdın, neyləyim.

DƏNİZ GÖZLÜM

Ey mənim dəniz gözlüm.
İlk dəfə sahildə dəymişdi əllərin əllərimə.
İlıq- ilıq axmışdı sevgin, bəkarəti pozulmuş ürəyimə.
Gözlərin gözlərimə dikilincə,
Dənizi görmüşdüm içində.
Bax, o an dəniz gözlüm demişdim sənə,
Dəniz gözlüm.
İndi nə zaman sahilə ensəm,
Qoxunu duyuram qağayı qanadlarında.
Ayağıma dəyən dalğalarda,
Gözlərini görürəm qabaran ləpələrdə.
Və itirəm, boğuluram, dənizimin içində.
Heç bir xilasedici qurtara bilməz məni.
Çünki dəniz içimdə.

DONDURMA

Mövsümdə
Dondurma satan bir uşağın
Dondurma dadması
kimiydi eşq.
Nə Soyuq,
Nə isti İsti
Anlamadan bitdi,
Kim bilir haraya getdi.

Çevirən Nazilə Gültac
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar