Sizin Reklam Burada
Xəbər lenti
08-11-2025
07-11-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyə XİN: “ABŞ-ın saxta sülh planı ölü doğulub”

Tarix: 29-01-2020 06:36     Baxış: 3221 A- / A+
Türkiyə XİN: “ABŞ-ın saxta sülh planı ölü doğulub”

ABŞ-ın saxta sülh planı ölü doğulub. Bu plan problemin ikitərəfli danışıqlar yolu ilə həllini məhv etmək və Fələstin torpaqlarını qəsb etmək məqsədi güdür”.

Manevr.az-ın Türkiyənin Xarici İşlər Nazirliyinə istinadla verdiyi xəbərə görə, nazirlik ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə açıqladığı Yaxın Şərqdə 100 illik "Əsrin sövdələşməsi" planında Fələstinlə bağlı mövqeni pisləyib: “Fələstin xalqı və torpaqları pulla satın alınmaz. Qüds qırmızı xəttimizdir. İsrailin işğalına haqq qazandıracaq addımlara icazə verməyəcəyik. Qardaş Fələstin xalqının yanında olacağıq. Fələstin ərazilərində müstəqil Fələstin üçün mübarizəmizi davam etdirəcəyik”.

Açıqlamada daha sonra bildirilib ki, Fələstinin qəbul etməyəcəyi hər hansı bir planı Türkiyə də dəstəkləmir: “İşğal siyasətinə son qoymadan Yaxın Şərqə sülh gələ bilməz”.

Qeyd edək ki, Türkiyə Parlamentinin sədri Mustfa Şəntop da ABŞ-ı təktərəfli mövqeyində qınayaraq, bu planın nəticəsiz qalacağını bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar