Sizin Reklam Burada
Xəbər lenti
23-12-2025
22-12-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyə səfiri ANS-in bağlanmasından danışdı

Tarix: 16-08-2016 11:37     Baxış: 4301 A- / A+
Türkiyə səfiri ANS-in bağlanmasından danışdı


Bizim mövqeyimiz budur: terror təşkilatı olaraq gördüyümüz FETÖ-nun, onun başındakı xain Fətullah Gülənin xüsusilə Türkiyədəki bu uğursuz çevriliş cəhdindən sonra aparacağı təbliğatın da terror fəaliyyətinin dəstəklənməsindən və onun təbliğatının aparılmasından başqa bir şey olmadığına dair qəti fikrimiz var.

Manevr.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun “Yeni Müsavat” qəzetinə verdiyi geniş müsahibsində “ANS televiziyasının qapadılması ilə bağlı Türkiyə dövləti və Bakıdakı səfirlik dəyərləndirmə verməyib. Özü də bu televiziya həm türk xalqından, həm də Azərbaycan xalqından bu təşəbbüslə bağlı üzr də diləyib. Bu məsələyə münasibətiniz necədir”, - sualını cavablandırarkən deyib. Səfir bildirib ki, Fətullah Gülənin birbaşa və ya dolayısı təbliğatına izn verilməməsini istəyirlər:

“Dolayısı ilə onun (Fətulla Gülənin – red.) sözlü də olsa, ortaya çıxaraq, aparacağı təbliğata heç bir yerdə izn verilməməsini istəyirik. Bu, ifadə azadlığı deyil, başqa məsələdir. Çünki Türkiyədə yaşanan böyük hadisəni, özünün məsuliyyət daşıdığı bu xain cəhdi çox fərqli bir şəkildə təsvir etməyə çalışacağı bəllidir, bəzi fəaliyyətləri ilə bunu etməyə də çalışdı. F.Gülənin təbliğatının yayınlanmaması, buna fürsət verilməməsi fikrimizcə, çox yerində olan bir qərardır”.

“Amma önlənmə çox da sərt olmadımı? Çünki müsahibəni götürən jurnalist Qənirə Ataşova bir ərdoğançı çıxdı, hətta Amerikada mitinqlərin önündə olub, etiraz bildirib.
Bu mənada insanların sualı var, fürsət düşmüşkən sizə yönəldirik...” münasibtinə isə səfir “Mənim şərhim o xanımla, kanalla və ya şəxslə əlaqəli deyil. Mən sizə prosesdən bəhs edirəm. Bu prosesin içində yer almamaq qənaətimcə, ən doğru yoldur”, - cavabını verib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar