Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

ABŞ 2030-cu ilə qədər “uçan aviadaşıyıcı”dan istifadə edəcək

Tarix: 26-01-2020 06:36     Baxış: 3172 A- / A+
ABŞ 2030-cu ilə qədər “uçan aviadaşıyıcı”dan istifadə edəcək

“Gremlins” proqramı çərçivəsində yaradılan “X-61A” pilotsuz təyyarələrinin mövqelərə buraxılmasını təmin edəcək “C-130 Hercules” hərbi-nəqliyyat təyyarəsi, demək olar, “uçan aviadaşıyıcı”dır.

Bu barədə “Popular Mechanics” nəşri Solt-Leyk-Siti (Yuta ştatı, ABŞ) şəhəri yaxınlığında 2019-cu ilin noyabrında keçirilən sınaqları şərh edərkən yazıb. Bu sınaqlar zamanı “X-61A” təyyarəsini daşıyan “C-130 Hercules” havada 101 dəqiqə olub.

2018-ci ilin may ayında ABŞ Müdafiə Nazirliyinin Perspektivli tədqiqat layihələri İdarəsi “YouTube”da “Gremlins” proqramı çərçivəsində kiçik uçuş aparatlarının mövqelərə daşınması barədə ətraflı məlumat verən video yerləşdirmişdi.

“Gremlins” proqramı bir dəstə dəfələrlə istifadə olunan kiçik və ucuz pilotsuz uçuş aparatlarının işə salınması və idarə edilməsi sisteminin yaradılmasını nəzərdə tutur. Bu aparatların hər biri 1000 kilometrədək uça biləcək və 700 vatt-dən 1000 vatt-ə qədər gücündə turboreaktiv mühərrik və ötürücü ilə təchiz olunacaq. “Gremlins” çərçivəsində hazırlanan texnologiyaların tətbiqini ABŞ Hərbi Hava Qüvvələrinin tədqiqat laboratoriyasının videoçarxında görmək olar. Pentaqonun sözlərinə görə, 2030-cu ilə qədər olan münaqişələrdə bu proqramdan istifadə olunacaq. oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar