Sizin Reklam Burada
Xəbər lenti
08-09-2025
07-09-2025
BÜTÜN XƏBƏRLƏR

Fazil Mustafadan deputat həmkarına sərt təpki

Tarix: 26-12-2016 14:50     Baxış: 4388 A- / A+
Fazil Mustafadan deputat həmkarına sərt təpki


“Rusiyaya köçüb getmiş azərbaycanlılara qarşı "otxod" sözünün işlədilməsinə münasibətim birmənalı mənfidir”.

Modern.az xəbər verir ki, bunu deputat Fazil Mustafa həmkarı Astan Şahverdiyevin Rusiyada işləyən azərbaycanlılar barədə səsləndirdiyi xoşagəlməz ifadəyə münasibət bildirərkən deyib.

F.Mustafanın sözlərinə görə, Azərbaycandan xaricə getməyə məhkum olmuş insanlara bu cür yanaşma yolverilməzdir.

“Hətta onların içində Rusiya və başqa ölkələrdə davranışlarına görə müəyyən problemlər yaradan insanlar varsa, bunun da günahını onların yetişdiyi məhz buradakı təhsil, ailə və sosial mühitində axtarmaq lazımdır. Orada Azərbaycanı ləyaqətlə təmsil edən minlərlə tanıdığımız və tanımadığımız insanlar var. Bu insanların böyük əksəriyyəti adi yaşamını təmin etmək üçün ölkəni tərk etməyə məcbur olublar. Azərbaycanda minlərlə ailələr var ki, yaşamaq üçün ümidlərini oradan yaxınlarının göndərdiyi vəsaitə dikiblər. Ümumilikdə isə mühacirətdə olan həmvətənlərimizə münasibətimiz fikrimcə belə düzənlənməlidir: Yaxşıları, faydalıları dəstəkləyərək nümunəyə çevirmək, pis obrazda tanınanların yaşadıqları cəmiyyətə islah olunaraq interasiyasına yardım etmək. Yəni diasporanın keyfiyyətini yüksəltməyin yolu ona dövlət olaraq, cəmiyyət olaraq səmimi və məqsədyönlü şəkildə sahib çıxmaqdan və onlardan ölkənin mənafeyi üçün faydalanmaqdan başlayır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar