Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Cavid Fərzəli:"Su yolu gətirməz əllərim heyif, ayrılıq sarıbdı indi könlümü.."

Tarix: 24-01-2020 19:51     Baxış: 2461 A- / A+
Cavid Fərzəli:"Su yolu gətirməz əllərim heyif, ayrılıq sarıbdı indi könlümü.."

"...Demə həsrət yolu kor dilənçiymiş,
Gözləri gecədi sanma könlümü..."


Manevr.az Cavid Fərzəlinin yeni şeirini təqdim edir:

***

O dilsiz baxışda, susqun baxışda
Yağışların görən gözü koruydu.
Bir-birinə əli çatan sularda,
Qayıq sevgiləri dəniz öldürdü.

Ağaclar qol-boyun,əl-ələ belə
Küçələr keçərdi sevda sarıdan.
Əllərim payıza qucaq açardı,
Yarpaqlar ölərdi səni sarıdan.

Yarıyol araya həsrət düşərdi,
Səadət gələrdi görüşümüzə.
Dalğalar sahilə su daşıyardı,
Dəniz su səpərdi ürəyimizə..

Su yolu gətirməz əllərim heyif,
Ayrılıq sarıbdı indi könlümü...
Demə həsrət yolu kor dilənçiymiş,
Gözləri gecədi sanma könlümü

Ya səni buludlar əlindən alam,
Ya sənsiz olam göy üzün sevən.
O billur günlərdə, yaqut günlərdə,
Bəxtəvər ocaqlar külünü sevən...

Cavid Fərzəli
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar