Xəbər lenti
44 saylı Sumqayıt-Xızı Seçki Dairəsində halqa daralır:İki namizəd getdi...
Artıq mətbuatdan məlum olduğu kimi 44 saylı Sumqayıt-Xızı Seçki Dairəsindən iki namizəd- Mais Səfərli və Hacı Salayev mübarizəni dayandıraraq namizədliyini geri götürüb.
Manevr.az xəbər verir ki. hər iki namizəd geri çəkilmək səbəbini açıqlayıb.
Yurddaş Partiyasının sədri, sabiq deputat Mais Səfərli namizədliyini geri götürməsinin əsas səbəbinin gənclərə üstünlük verilməsi, onlara yol açılması prosesinə töhfə vermək olduğunu bildirib. O fikrinə belə açıqlıq gətirib:
"Düşünürəm ki, parlament yenilənməli, gəncləşməlidir. Bu baxımdan, mən mübarizəni dayandırmağa qərar verdim."
Digər namizəd, IV-V çağırış Milli Məclisin deputatı, bitərəf Hacı Salayev isə geri çəkilməsinə mətbuatda haqqında yazılan nahaq yazıların səbəb olduğunu bildirib :
“Namizədliyimi geri götürməyimdə heç bir ciddi səbəb yoxdur. İki dəfə deputat olmuşam, bəsdir. Haqqımda o qədər nahaqdan yazdınız ki, deputat olduğuma peşman oldum. Haqqımda son yazılanlara baxdım və qərar verdim ki, deputat olmayım. İstəmirəm ailəmin, uşaqlarımın ünvanına nahaq yazılar yazılsın. Ona görə geri çəkildim ki, məni yaddan çıxartsınlar”.
Namizədlərin açıqlamalarında nə dərəcədə səmimi olduqlarını deyə bilmərik, hər halda bu onların şəxsi fikridir, hörmətlə yanaşırıq. Ancaq ortada nəzərdən qaçmayan əsas bir nüans var: mübarizəni uduzacaqlarını hiss edən namizədlər, "haray bəri başdan"- deyib nəticəni önləmək qərarına gəldilər.
Onu da qeyd edək ki, mətbuatda Mais Səfərlinin Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin, Hacı Salayevin isə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun "adamı" olaması barədə məlumatlar gündəm daşıyır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar