Sizin Reklam Burada
Xəbər lenti
30-04-2024
29-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rəşad Məcidin təəssüfü:"Əflatun Amaşov deputat kimi..."

Tarix: 24-01-2020 14:22     Baxış: 1438 A- / A+
Rəşad Məcidin təəssüfü:"Əflatun Amaşov deputat kimi..."

Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə heyətinin üzvü Rəşad Məcid Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun növbəti deputat seçkilərində iştirak etməməsindən təəssüfləndiyini bildirib.

Manevr.az xəbər verir ki, o bu barədə öz "Feysbuk" səhifəsində yazıb:

"Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun bu seçkidə öz namizədliyini yenidən irəli sürməməsindən çox təəssüfləndim. Ötən parlament seçkisində 62 saylı Saatlı seçki dairəsindən Milli Məclisin üzvü seçilən Əflatun Amaşov deputat kimi fəaliyyət göstərdiyi bu illər ərzində ölkənin qanunverici orqanında təmsil etdiyi seçicilərinin təkcə millət vəkili yox, həm də sözün həqiqi anlamında dostu, yoldaşı olmağı bacardı.
Hansısa problemlə bağlı seçicilərin müraciətinə onun necə həssaslıqla, qayğı ilə yanaşmasının, məsələ həllini tapana qədər necə narahatlıq, gərginlik keçirməsinin dəfələrlə özüm də şahidi olmuşam, seçicisinə belə diqqətli münasibətin bir mandat öhdəliyindən yox, sirdaş, həmdəm, simsar qayğıkeşliyindən doğduğunu görmüşəm. Əxlaqi və mənəvi dəyərləri həmişə üstün tutan dostumun ona pənah aparan, onu ümid yeri bilən vətəndaşlara göstəridiyi belə münsibətin kökündə heç vaxt kənardan baxanların gözündə yaxşı görünmək niyyəti durmayıb, o, bu addımları səmimi şəkildə, cani-dildən atıb, o insanların ağrılarını, qayğılarını onlarla birgə yaşayıb, içdən yaşayıb. Bax, təəssüfümün də səbəbi bununla bağlıdır. Onun öz namizədliyini yenidən irəli sürməməsi ilə o insanlar – seçicilər, məncə, təkcə dar ayaqda köməklərinə yetəcək bir millət vəkilindən yox, həm də bir əzizlərindən, bir doğmalarından, bir simsarlarından oldular.
Amma bir yandan da təxminən bu beşillik ünsiyyət onlara etibarlı, hər zaman güvəniləsi bir dost, bir insan qazandırdı."

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar