Xəbər lenti
Professor Rafiq Əliyevlə bağlı kitabların təqdimatı keçiriləcək
Dünyaca tanınmış alim, professor Rafiq Əliyevə həsr olunan "Su kimi sakit və güclü" kitabının təqdimat mərasimi keçiriləcək.
Kitab dünya səviyyəli alimin son illər yazdığı məqalələr, mətbuata verdiyi müsahibələr və ona ithaf olunan yazılardan ibarətdir. Kitabın tərtibçisi və redaktoru tanınmış şair-publisist Rəfail Tağızadədir.
Rafiq Əliyevin təqdimat mərasimində adıçəkilən kitabla yanaşı, başqa bir dəyərli elmi əsəri də ictimaiyyətə təqdim olunacaq. Kitab Rafiq Əliyevin elmi sələfi, dahi Lütfi Zadə ilə birlikdə yazdığı “Fuzzy Logic Theory and Applications” (Qeyri-səlis məntiq – nəzəriyyə və tətbiqetmələr) monoqrafiyasıdır.
Qeyd edək ki, XXI əsr dünya elminin ən nəhəng simalarından biri, əsasını qoyduğu qeyri-səlis məntiq nəzəriyyəsi ilə elmin istiqamətini dəyişən dahi Lütfi Zadənin elmi varisi professor Rafiq Əliyevlə birlikdə yazdığı kitab ötən il işıq üzü görüb və çap olunduğu ilk günlərdə də dünya elmi cameəsi tərəfindən böyük maraqla qarşılanıb.
Dünyanın məşhur və ən nüfuzlu elmi nəşriyyatı olan “World Scientific”də çapdan çıxan kitab Lütfi Zadənin nə qədər maraqlı da olsa sayca, cəmi ikinci kitabıdır.
Təqdimat mərasimi 10 fevral saat 18:00-da Xəzər Universitetinin Mərmər zalında keçiriləcək. (Ünvan: Neftçilər metro-stansiyasının yanı, Məhsəti küçəsi 41)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Media
Yazarlar
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar