Sizin Reklam Burada
Xəbər lenti
04-12-2024
03-12-2024
BÜTÜN XƏBƏRLƏR

Təbriz zindanında aclıq edən soydaşımızdan həyəcanlı müraciət

Tarix: 26-12-2016 08:17     Baxış: 5528 A- / A+
 Təbriz zindanında aclıq edən soydaşımızdan həyəcanlı müraciət
“Mən azərbaycanlı siyasi məhbus Murtaza Muradpuram. Təxminən 25 və ya 26 aydır ki, həbsdəyəm. Hazırda Təbriz zindanının 12-ci korpusunda saxlanılıram və dekabrın 24-də aclıq aksiyamdan 61 gün keçir. Mən aclıq etdiyim gündən su, kəmrəng çay, bir neçə qənd və bir az duzdan başqa heç nə qəbul etmirəm”.

Bu, Təbriz zindanında məhbus həyatı yaşayan azərbaycanlı siyasi məhbus Murtaza Muradpurun dekabrın 24-də yaydığı müraciətindəndir. Öz sağlamlıq durumu ilə bağlı səs faylı yayan azərbaycanlı fəal daha sonra bildirib: “Etiraz aksiyamın səbəblərini Şərqi Azərbaycan Ədliyyə Şöbəsinin rəisi, sonra isə İran Məhkəmə Sisteminin rəisinə məktub vasitəsi ilə izah etmişəm. Əsas tələbim mənim dosyemlə bağlı cəza qanununun 10-cu maddəsi və islam cəza qanununun 134-cü maddəsinin icra edilməsi məsələsidir. Aclıq aksiyama səbəb olan digər məsələ mənə qarşı ”sistemin əleyhinə təbliğ etmək" və “ölkə təhlükəsizliyini pozmağa cəhd göstərmək” ittihamlarının irəli sürülməsidir. Bu barədə səlahiyyətli məsullara yazdığım məktublarda geniş məlumat vermişəm".

M.Muradpur müayinədən sonra sağlamlığının təhlükədə olduğunu da qeyd edib. Aclıq nəticəsində təxminən 27 kiloqram çəki itirmişəm. Çox zəifləmişəm. Hətta şəxsi işlərimi də kiminsə yardımı olmadan görə bilmirəm. Lakin aclıq aksiyamı azadlığa buraxılanadək davam etdirəcəm, əks halda bu yolda öləcəm".

Şənbə günü isə Təbrizdə M.Muradpurla bağlı dəstək aksiyası keçirilib. Toplantıda siyasi məhbusun ailə üzvləri ilə yanaşı, bir çox milli-mədəni fəal da qatılıb. Etirazçılar Murtaza Muradpurun qanuni tələbinin təmin edilməsi və onun azadlığa buraxılmasını tələb ediblər. GünAz TV-nin yaydığı məlumata görə, İranın təhlükəsizlik qüvvələri dinc keçirilən yığıncağa kobud şəkildə müdaxilə edib, aksiyaçılara qarşı zorakılıq tətbiq edərək onlardan bir neçəsini saxlayıb. Etiraz yığıncağı keçirildiyi əraziyə çox sayda təhlükəsizlik qüvvələrinin toplaşdığı bildirilir. M.Muradpur aclıq aksiyasını oktyabrın 25-dən keçirir.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar