Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

"Haram olsun sənə, bu millətin çörəyi" - Şairdən Astan Şahverdiyivə sərt sözlər

Tarix: 25-12-2016 13:21     Baxış: 51 624 A- / A+
"Haram olsun sənə, bu millətin çörəyi"



Manevr.az xəbər verir ki, Sumqayıt şəhərində yaşayan şair Süleyman Hüseynov deputat Astan Şahverdiyevin Rusiyada yaşayan həmvətənlərimizin ünvanına işlətdiyi təhqiredici ifadəyə sərt münasibət bildirib.

Şairin fikirlərini olduğu kimi oxucularımıza təqdim edirik:


"Astan Şahverdiyev!

Mən bu gün eşitdim sənin Rusiyaya gedənləri cəmiyyətin "otxod"ları adlandırmağını.Çox təəssüf edirəm ki, sənin kimilərinə belə mühüm kreslo etibar edilib.

Mən özüm on il Rusiyanın çörəyilə ailəmi saxlamışam.İki ali təhsil diplomu ilə (biri SSRİ Xalq təsərrüfatı akademiyasının fərqlənmə diplomu) və 33 illik əmək stajımla 50 yaşımda işsiz qalmışam.Rusiya mənə həyan olub, mənə yüksək vəzifə,maaş verib.Vətəndaşlıq təklif edib,istəməmişəm. Yenə də vətənə qayıtdım. Burada sənin bir günlük xərcliyin qədər-175 manat pensiya almağıma baxmayaraq ailəmin yanındayam. Mənim dünənim də,bu günüm də şəffafdır. Şəxsiyyətim də hesab edirəm sənin şəxsiyyətindən aşağı deyil.Səninlə üz-üzə durub,sözümü deməyə cəsarətim çatar.

Axı sən kimsən,kim sənə ixtiyar verib ki,mənim kimi milyonlarla soydaşımızı təhqir edəsən?! Mən o təhqirləri sənin özünə ünvanlayıram!Səni nankor adlandırıram. Çünki nankor olmasaydın,sənin bu rutbəyə çatmağına şərait yaradan möhtərəm Prezidentə qarşı belə xainlik etməzdin, bu ağılsız hərəkətinlə sadə insanları qıcıqlandırıb, Prezidentə qarşı qaldırmazdın.Mən əminəm ki, İlham Əliyev cənabları bu məsələni araşdıracaq və sənin kimi su bulandıranlar layiqli cəzalarını alacaqlar!

Üzümü sənə tutub deyirəm: haram olsun sənə bu millətin çörəyi! Zəhmətkeş qanını sora-sora yığdığın var-dövlət sənə və sənin kimilərə inşaallah qan qusduracaq! Amin!".

Süleyman Hüseynov, şair

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar