Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Allahşükür Ağa:"İndi həsrətlilər qovuşanda ölürük, dönürük ismin 7-cı halına..." -ŞEİRLƏR

Tarix: 15-01-2020 19:28     Baxış: 2295 A- / A+
Allahşükür Ağa:"İndi həsrətlilər qovuşanda ölürük, dönürük ismin 7-cı halına..."

Yenə dumanda bir az göz yaşı var,
Bir az yaşla sevinir adamın gözü.


Manevr.az Allahşükür Ağanın yeni şeirlərini təqdim edir:

ÇİÇƏKLƏR, ƏLLƏR

Məncə, çiçəklərin
Ən gözəl xatirəsi sənin əllərindi.
Həm çiçəyə bənzəyir,
Həm də boş qalıb indi
Çiçəklərin yuvası kimi.

Əllər daha çox ağlayır, məncə.
Çünki əllərini bəzəyən güllər
Bir azdan zibil qabını
Eyni ahənglə sevindirəcək.

Indi çiçəkmi vəfasızdı, yoxsa əllər?
Məncə, çiçəklər.
Əvvəl torpağı sevindirdi,
Sonra qonşunun uşağını.
Sonra bülbülü,
Sonra sənin əllərini,
Indi də zibil qabını.

Arxasınca ağlayan xatirələr,
Çiçəklərin ayağının tozudur,
Məncə.

TÜSTÜLƏRDƏ GÖZ YAŞI

Bacalardan qalxan tüstülər
Meşələrin ahıdır bəlkə.
Ona görə özlərini dumana bənzətməklə
Ovunmaq istədilər bir az...

Ağacların gələcəyidir tüstülər,
Hər gün meşələrin üstündə dayanıb,
Əl eləyirlər,
bir az susurlar.

Yenə dumanda bir az göz yaşı var,
Bir az yaşla sevinir adamın gözü.

Amma
Göz yaşı da yanıb
Bu tüstülərin.
Adamın gözündən dartıb
Yaşı da çıxarır hələ.
Biz neylədik, insanlar,
Göz yaşlarını yandırıb
Qızınmaqmı olar?

İSMİN 7–ci HALI

Gəlin belə düşünək,
Nizələrin qan daman ucu
Əslində bir parça torpaq deyilmi?

Güllələrin özü də,
Lap qırma düyməciklər-
Başlarında torpaq yaddaşı daşıyırlar.

Ekskavatorla başladı ayrılıqlar,
Zülmlə ayırdılar torpaqdan filizi...
Hələ də ağlayır anası torpaq üçün dəmir.
Torpağı axtarır deyə özünü hər yerə çırpır,
Hər yerə dəyir.

Bəlkə də insan bədəni də tanışdı ona,
Tanışdı yox, yaddaşdı ona.
Torpaqda bir yaşayırdılar,
Elə ki ayrıldılar,
Hərəsi bir adda
Çağrıldılar.

Biz yaratdıq ayrılıqları,
Torpaqdan dəmir ayırdıq,
Can ayırdıq,
İndi həsrətlilər qovuşanda ölürük,
Dönürük ismin 7–cı halına.

Allahşükür Ağa
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar