Sizin Reklam Burada
Xəbər lenti
12-05-2024
11-05-2024
BÜTÜN XƏBƏRLƏR

Şəhid pilotun xanımı soyadından imtina etdi

Tarix: 09-01-2020 22:56     Baxış: 4585 A- / A+
Şəhid pilotun xanımı soyadından imtina etdi

"Soyadımı dəyişdirdim, artıq atamın soyadını daşıyacam, təbrik edirəm sizləri, Təbrizin ölümündən sonra onun yoldaşını da "öldürməyi" bacardınız".

Manevr.az xəbər verir ki, bu sözləri yenisabah-a aprel şəhidi Təbriz Musazadənin həyat yoldaşı Pərişan Musazadə şəhidin anası Tovuz Əliyevanın onu ittiham etməsindən sonra deyib.

"Artıq Musazadə deyiləm. Oğlunuzun evi, maşını, torpağı kimi soyadını da istədiniz və aldınız. Hər kəs öz yoluna bundan sonra... Mən onun yadigarı balalarımla, siz də hər vəchlə almağa çalışdığınız malı və pulu ilə... Artıq məndə maddi olaraq heç bir şeyi qalmadığına görə yəqin bundan sonra sakitləşərsiniz, onun da ruhu sakit olar.

Mənim qeyrətimi, namusumu sosial şəbəkələrdə müzakirə edənlərə isə sözüm odur ki, mənim Qarabağ qazisi atam, əmilərim, dayılarım ölməyib ki, onların yerinə danışırsınız. Bütün normal Azərbaycan ailələrində olduğu kimi bizim ailədə də evlənərkən böyüklərin xəbəri olur və xeyir duası alınır. Bəzilərinin düşündüyü və iddia etdiyi kimi evimə kimisə gətirmək və ya kiminləsə gizlində ailə qurmaq bizim ailədə qeyri mümkündür. Belə yazanlarda yəqin ki, bu adi haldır hərhalda... Bilmirəm... Və nə qədər ki,atam, əmilərim, dayılarım sağdır, onların yerinə mənə heç kim vəkillik edə bilməz. Hələ Təbrizin bacısının əri,xalasının qaynının oğlu, nə bilim onun qaynı, dayısının kürəkəni və s.heç edə bilməz. Təbrizin sağlığında bir-ikisi xaric, nə bu ınsanları tanımışam, nə də evimizdə görmüşəm. Mən yerdən çıxmamışam ki, özbaşına evlənəm. Mənim hesabat verəcəyim valideynlərim, iki oğlum, arxam var."

Pərişan Musazadə məlum çıxışlardan sonra atasının Əsədova soyadını daşıyacaq:

"Bəzən deyirlər ki, qadınlar niyə intihar edir, bax bu səbəblərdən... Bilib-bilmədən hər kəs ağzına gələni yazır, özlərindən, öz ailələrindən xəbəri olmayanlar məncə belə şeylər yazırlar. Normal düşüncəyə, ailəyə sahib insanlar belə şeylər heç vaxt etməzlər. Bir elə vacib problemlər qala-qala ayrı-ayrı fərdləri,onların şəxsi həyatlarını müzakirə mövzusu edirlər.

Mən onsuz da şəhid xanımı olduğum üçün heç bir imtiyaza sahib deyildim. Təbrizin anası və övladlarım atalarının pensiyasını alırlar, o da onların normal təhsil almasına, yaşamasına demək olar ki, güclə çatır. Fəaliyyətimi bundan sonra da davam etdirəcəm. Şəhidimin ruhunun rahat buraxılması üçün adımın Təbrizin adı ilə birgə tutulmasını istəmirəm. Soyadını da verdim özlərinə. Çünki öz soyadlarına hörmət etməyənlər mənim adımla onun ruhunu narahat edirlər. Bu günə qədər Təbrizin adından heç bir məsələdə istifadə etməmişəm, bundan sonra da etməyəcəm. Dünən canlı yayımda soyadından imtina etməyəcəyimi söyləsəm də çox düşündüm və qərara gəldim ki,ən yaxşısı budur".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar