Sizin Reklam Burada
Xəbər lenti
04-12-2024
03-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Nəyisə söyləyirəmsə, deməli, bildiyim məsələlər var” - Yevda Abramov

Tarix: 24-12-2016 10:01     Baxış: 4549 A- / A+
“Nəyisə söyləyirəmsə, deməli, bildiyim məsələlər var”


“İsrailin Azərbaycana satdığı “Barak-8” (Azərbaycan adı “İldırım” – müəllif) yeni və müasir zenit-raket kompleksi artıq ölkəmizdədir. Bu silahın ötən gün yayılan fotolarını artıq hər kəs görüb”.

Manevr.az xəbər verir ki, bunu Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, yəhudi əsilli millət vəkili Yevda Abramov Ölkə.az-a bildirib. O, sözügedən silahın verilməsinə görə İsrail dövlətinə də təşəkkür edib: “Mən bildiyim məsələdən danışıram, bilmədiyim məsələdən deyil. Nəyisə söyləyirəmsə, deməli, bildiyim məsələlər var, əldə etdiyim məlumatlar var. Mən bilirdim ki, belə faktlar var. İndi fotoları da yayıldı, hər kəs, bütün dünya da gördü”.

Deputat deyib ki, İsrail Azərbaycanın strateji müttəfiqi olan dövlətdir: “Ona görə də İsrail bizim regionda gedən prosesləri görür, bölgədə təhlükəsizliyin təmin olunmasında maraqlıdır və məsuliyyət daşıyır”.

İran prezidenti Həsən Ruhaninin Ermənistana səfər etməsinə və iki ölkə arasında yüksək əməkdaşlıqla bağlı müqavilələrin imzalanması məsələlərinə də toxunan Y.Abramov qeyd edib ki, bu, İranın köhnə siyasətidir: “Təbii ki, bu, İranın hər zamankı siyasətidir. Bunu Yevda Abramovun dilindən eşitməyin nə mənası var? Bunu mütləq mənim dilimdən eşitməlisiniz? İran mütləq bu cür etməlidir də! Çünki İranın siyasəti həm də İsrailə qarşıdır. İsrail Baş nazirinin Bakıya səfərindən sonra İran mütləq adekvat cavab verərək, Azərbaycan dövlətini qıcıqlandırmalı idi də! Ancaq biz özü siyasətimizi davam etdirəcəyik. Bizim İran və digər dövlətlərlə nə işimiz var! Bizim xarici siyasətimizin öz prioritetləri var. Cənab Prezident də bunları bəyan edib. Kim nə söyləyirsə, söyləsin. Biz kiminlə oturub-durduğumuzu yaxşı bilirik. Azərbaycan hər hansı ölkənin diktəsi ilə hərəkət etmir. Biz xarici siyasətimizi özümüz təyin edirik. Azərbaycan müstəqil suveren dövlətdir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar