Sizin Reklam Burada
Xəbər lenti
11-05-2024
10-05-2024
BÜTÜN XƏBƏRLƏR

Prezidentin vəzifə verdiyi Anar Quliyev kimdir? - DOSYE

Tarix: 08-01-2020 16:27     Baxış: 4874 A- / A+
Prezidentin vəzifə verdiyi Anar Quliyev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Anar Adil oğlu Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edib.

Manevr.az xəbər verir ki, Anar Quliyev 8 oktyabr 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Milli Aviasiya Akademiyasının İqtisadiyyat fakültəsinin İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisasını bitirib.
1999-cu ildə Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsində mütəxəssis kimi başlayıb, 2000-2001-ci illərdə Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyində mütəxəssis, aparıcı mütəxəssis, 2001-2005-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində baş mütəxəssis, böyük məsləhətçi, 2005-2009-cu illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda investisiyaların təşviqi üzrə direktor vəzifələrində çalışıb.
2009-2016-cı illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində şöbə müdirinin müavini, şöbə müdiri, 2016-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyində direktorun müşaviri, aparatın rəhbəri vəzifələrində işləyib.
Anar Quliyev 1 may 2018-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparatının rəhbəri, 28 iyun 2019-cu il tarixindən etibarən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 16 may 2014-cü il tarxili 503 nömrəli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medal ilə təltif edilib. Dövlət qulluğunun müşaviridir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar