Xəbər lenti
“Bu, Atatürkə və Atatürkçülərə qarşı atılmış addım deyil”
Xəbər verdiyimiz kimi, Türkiyənin Rizə şəhərində 15 İyul Demokratiya və Cumhuriyyət Meydanında bərpa işləri aparıldığı üçün M.K.Atatürkün heykəli ərazidən götürülüb. Atatürk heykəlinin yerində iyul ayının 15-dəki hərbi qiyam cəhdində şəhid olanların xatirəsinə abidə ucaldılacağı bildirilib. Şəhər bələdiyyəsi Atatürkün heykəlinin sadəcə yerinin dəyişdirildiyi açıqlanıb.
Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay Moderator.az-a açıqlamasında Atatürkün heykəlinin birdəfəlik götürülmədiyini, sadəcə yerinin dəyişdirildiyini bildirib:
“Atatürkün heykəlinin yerinin dəyişdirilməsi Rizə şəhirində meydanda aparılan təmir işləri ilə bağlıdır. Bu, Atatürkə qarşı, Atatürkçülərə qarşı, Türkiyənin düzəninə qarşı atılmış bir addım, aksiya deyil. Heykəl yenilənəcək və daha mərkəz, daha gözəl bir yerə yerləşdiriləcək. Düzə kiçik bir yerdir, meydanı çox olan bir yer deyil, Atatürkün heykəli indiki halından daha keyfiyyətli bir konsepsiyaya ilə ucaldılmış olacaq. Bu mənada aparılan müzakirələr sağlam əsasda aparılmış müzakirələr deyil.
Bir daha vurğulamaq istəyirəm ki, Atatürkün heykəli birdəfəlik qaldırılmadı, meydanda aparılan təmir işlərindən sonra yeni yerə yerləşdiriləcək”.
Qeyd edək ki, Atatürkün heykəlinin həmin meydandan götürülməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Əksəriyyəti bunu anlayışla qarşılasa da, həm Türkiyədə, həm də Türkiyədə bəzi şəxslər bu məsələyə sərt reaksiya veriblər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar