Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hərbi Prokuror Xanlar Vəliyev: “Ötən il tarixə islahatlar ili kimi düşdü” -ŞƏKİLLƏR

Tarix: 07-01-2020 15:13     Baxış: 2387 A- / A+
Hərbi Prokuror Xanlar Vəliyev: “Ötən il tarixə islahatlar ili kimi düşdü”


Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda 2019-cu il ərzində mərkəzi aparatda görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilmişdir.


Müşavirədə hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini–Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev əvvəlcə müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik və uzaqgörən siyasətini zamanın tələblərinə uyğun olaraq ən yüksək səviyyədə davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə görülmüş nəhəng işlər və köklü islahatlar nəticəsində ötən ildə dövlətimizin daha da qüdrətləndiyini, xalqımızın maddi və sosial rifah halının hərtərəfli yaxşılaşdırıldığını, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndiyini müşavirə iştirakçılarının diqqətinə çatdıraraq, 2019-cu ilin islahatlar ili kimi tarixə düşdüyünü xüsusi vurğuladı.

Azərbaycanın dayanmadan çiçəkləndiyini qeyd edən Hərbi prokuror Xanlar Vəliyev bildirdi ki, dövlət başçısı cənab İlham Əliyevin yüksək erudisiyası, müdrik siyasəti, mükəmməl rəhbərliyi, qətiyyəti və yorulmaz fəaliyyəti sayəsində, eləcə də iqtidarla xalq arasında olan sıx bağlılığın nəticəsində ölkəmizdə ümumi daxili məhsul, bütövlükdə sənaye, o cümlədən mədən sənayesi və qeyri-neft sektorunda sənaye istehsalı, kənd təsərrüfatı məhsulları və sairə istehsalı əhəmiyyətli dərəcədə artmışdır. Eyni zamanda əhalinin pul gəlirləri, əməkhaqları, pensiyaları da dəfələrlə artmış və manatın məzənnəsinin sabitliyi təmin olunmuşdur. Azərbaycan son illər ərzində misli görünməmiş uğurlar əldə etmiş, ölkənin müasirləşməsi istiqamətində saysız-hesabsız işlər görülmüş, paytaxt Bakı şəhəri ilə yanaşı, regionlar da sürətli inkişaf etdirilmiş, insanların yaşayış və əmək şəraiti əsaslı yaxşılaşdırılmışdır. Bunun nəticəsidir ki, Davos Ümumdünya İqtisadi Forumuna əsasən Azərbaycan islahatlara meyillilik və rəhbərliyə olan inam əmsalına görə dünyada birinci onluqda qərarlaşmışdır. Dünya Bankı tərəfindən yayılan "Doing Business 2020" hesabatında isə Azərbaycan 20 ən islahatçı dövlət siyahısına daxil edilməklə, dünyanın bir çox ölkələrini geridə qoymuşdur. Bütün bunlar qəti əminliklə onu deməyə əsas verir ki, Azərbaycan gələcəyə inamla addımlayır.

Millətinə xidməti həyat amalına çevirmiş cənab İlham Əliyevin xalq qarşısında verdiyi vədləri əməlləri ilə doğruldaraq hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirdiyini qeyd edən ədliyyə general-leytenantı Xanlar Vəliyev, dövlət başçısının hər zaman xalqın içində olmasının, mütəmadi olaraq vətəndaşlarla bilavasitə görüşməsinin, onların qayğıları ilə maraqlanmasının, müraciətlərinə xüsusi həssaslıqla yanaşmasının, ciddi problemləri ilə bağlı məsələləri nəzarətə götürməsinin, üzləşdikləri bütün çətinlikləri aradan qaldırmasının dövlətin və rəhbərinin vətəndaşa verdiyi yüksək dəyərin təcəssümü olduğunu bildirərək, ölkə Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının müstəsna əhəmiyyətini, adı çəkilən normativ hüquqi aktın yüz minlərlə insanın rifahına müsbət təsirini xüsusi vurğuladı.

Dövlətimizin hərtərəfli qüdrətlənməsindən və bütün sahələrdə əldə olunan uğurlardan bəhs edən Xanlar Vəliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın görkəmli dövlət xadimi kimi uzun illər ərzində ölkəmizin

sürətli inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqımızın rifahının yaxşılaşdırılması, dövlətimizin beynəlxalq əlaqələrinin genişləndirilməsi, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin bütün dünyaya tanıdılması istiqamətindəki zəngin və dəyərli fəaliyyətindən söz açdı. Dünya dövlətləri ilə, o cümlədən qonşu ölkələrlə qarşılıqlı etimada əsaslanan münasibətlərin daha da möhkəmləndirilməsinin, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinin cənab Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin prioritet istiqamətlərindən olduğunu bildirərək, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan-Rusiya arasında olan sıx əlaqələrin daha da inkişafına və şaxələndirilməsinə xidmət edən 20-25 noyabr 2019-cu il tarixlərdə Rusiya Federasiyasına rəsmi səfərinin mühüm əhəmiyyətini xüsusi vurğuladı.
Hərbi Prokuror Xanlar Vəliyev: “Ötən il tarixə islahatlar ili kimi düşdü”

Ölkəmizin hərtərəfli inkişafının Silahlı Qüvvələrə də sirayət etdiyini bildirən Hərbi prokuror xüsusi vurğulamışdır ki, son illər möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində ordumuzun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Bunun nəticəsində ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, şəxsi heyətin nizam-intizamının artırılması istiqamətində uğurlar əldə olunmuşdur. Hərbi Prokurorluq orqanlarının fəaliyyəti də işin səmərəliliyinin artırılmasına, Silahlı Qüvvələrdə hərbi intizamın möhkəmləndirilməsinə, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınmasına, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, bununla əlaqədar qanunamüvafiq zəruri tədbirlərin görülməsinə yönəldilmişdir. Əvvəlki illərdə olduğu kimi, ötən il də Silahlı Qüvvələrdə cinayətkarlığa və digər hüquq pozuntularına qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olmuş, ibtidai araşdırmanın keyfiyyəti daha da artırılmış, o cümlədən cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilmiş, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması təmin edilmişdir.

Xüsusi vurğulanmışdır ki, səbəbindən asılı olmayaraq Silahlı Qüvvələrdə baş vermiş istənilən ölüm faktı üzrə cinayət işi başlanılmış, bu qəbildən olan hər bir cinayət işinin istintaqı Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə, iş üzrə hərtərəfli, tam, obyektiv və vaxtında ibtidai araşdırmanın aparılması, təqsirkar şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, eləcə də hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunmuşdur. Eyni zamanda hər bir cinayət işi üzrə ibtidai araşdırmanın aparılması zamanı cinayətin törədilməsinə imkan yaradan səbəb və şərait müəyyən edilməklə, müvafiq vəzifəli şəxsin ünvanına belə halların aradan qaldırılması üçün tədbirlər görülməsi barədə təqdimat göndərilərək həmin halların qarşısının alınması, həmçinin iş üzrə əməllərində cinayət tərkibi olmayan, lakin başqa hüquq pozuntusuna yol vermiş şəxslərin digər müvafiq hüquqi məsuliyyətə cəlb edilməsi təmin edilmişdir. Bununla yanaşı, Silahlı Qüvvələrdə ayrı-ayrı, xüsusən də belə xarakterli cinayətlərin qarşısının alınması məqsədilə, hər il olduğu kimi, ötən il də məhkəmə və istintaq təcrübəsi hər altı ayda bir dəfə ümumiləşdirilərək müxtəlif vaxtlarda Respublika Hərbi Prokurorluğunun kollegiya iclaslarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilmişdir. Bu kimi cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyaların qərarlarına əsasən, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və başqa struktur qurumların rəhbərlərinə məlumat məktubları, silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilmişdir. Nəticədə bu qəbildən olan cinayət hadisələri azalmışdır.

Hərbi prokuror bildirmişdir ki, cinayət hadisələrinin sayının azalmasında Hərbi Prokurorluq orqanlarının səmərəli fəaliyyətinin, eləcə də Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla, həmçinin qeyri-hökumət təşkilatları ilə yaradılmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, o cümlədən, hələ ilin əvvəlindən planlaşdırılmaqla, il ərzində mütəmadi həyata keçirilmiş müxtəlif xarakterli birgə tədbirlərin çox böyük əhəmiyyəti olmuşdur. Eyni zamanda milli və rəsmi dövlət bayramlarında, digər əlamətdar günlərdə hərbi qurumların, qeyri-hökumət təşkilatlarının və müvafiq rayonların icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birgə hərbi hissələrdə hərbi qulluqçular və valideynlərinin iştirakı ilə bayram mərasimləri, o cümlədən konsertlər təşkil edilmiş və xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunmuşdur.

Qeyd edilmişdir ki, hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi də təmin edilmiş, vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi və asanlaşdırılması, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülmüşdür.

Əməliyyat müşavirəsində bildirilmişdir ki, 2019-cu ildə prokurorluq orqanlarında kadr siyasətinin həyata keçirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdirilmiş, o cümlədən kadrların şəffaf və obyektiv meyarlar əsasında seçilib yerləşdirilməsi və vəzifədə irəli çəkilməsi üçün zəruri tədbirlər görülmüşdür.

Qeyd olunmuşdur ki, 2019-cu ildə Mərkəzi Aparatın Nəzdində olan Memorial Soyqırım Muzeyinin fəaliyyəti ilə bağlı da xeyli işlər görülərək, obyektiv həqiqətlər-Azərbaycan xalqına qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq və digər cinayətlər, o cümlədən xalqımızın tarixi torpaqlarından zorla çıxarılması üçün həyata keçirilmiş deportasiya siyasəti, azərbaycanlılara qarşı xüsusi amansızlıqla və qəddarlıqla törədilən kütləvi qırğınlar barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması, bu barədə gələcək nəsillərin ixtiyarına tutarlı dəlillərin və ətraflı məlumatların verilməsi, gənclərin və hərbi qulluqçuların hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi, vətəndaşlarımızda milli ruhun daha da yüksəldilməsi məqsədilə müxtəlif dövlət qurumlarına və ictimai təşkilatlara məktublar göndərilmiş və muzeyi ziyarət edən 2500-ə yaxın şəxsin ekskursiyası təmin olunmuşdur. Vurğulanmışdır ki, yarandığı vaxtdan hazıradək Memorial Soyqırım Muzeyini 21.000 nəfərdən artıq şəxs ziyarət etmişdir.

Əməliyyat müşavirəsində, görülmüş müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunmuşdur. İbtidai araşdırmanın aparılması, baş vermiş cinayət hadisələri nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid olmuş, onların aradan qaldırılması üçün konkret göstərişlər verilmişdir. Xüsusi vurğulanmışdır ki, cinayət işlərinə məhkəmələr tərəfindən səyyar qaydada baxılması cinayətkarlığa qarşı mübarizə sahəsində böyük profilaktik və xəbərdaredici əhəmiyyət kəsb etməsinə baxmayaraq, birinci instansiya hərbi məhkəmələri dövlət ittihamçılarının bu barədə vəsatətlərinə etinasız yanaşmışlar.

Hərbi prokuror korrupsiyaya qarşı daha ciddi mübarizə aparılması ilə əlaqədar prokurorluq orqanlarının üzərinə çox böyük məsuliyyət düşdüyünü qeyd edərək bildirdi ki, bu qəbildən olan cinayətlərin aşkarlanması istiqamətində bir sıra işlər görülsə də, bu sahədə tədbirlərin intensivliyi və effektivliyi artırılmalıdır.

Vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin daha da təkmilləşdirilməsi barədə dövlət başçısı cənab İlham Əliyevin dəyərli tövsiyələri bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırılaraq, hər bir əməkdaşdan gündəlik fəaliyyətində onlara əməl edilməsi ciddi tələb olunmuşdur. Qeyd olunmuşdur ki, 2019-cu il ərzində xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə 14 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilmişdir.

Sonra məruzə ətrafında çıxışlar olmuşdur.

Müşavirədə Silahlı Qüvvələrin təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi, ədliyyə polkovniki Natiq Həsənov, Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi, ədliyyə polkovniki Rövşən Əfəndiyev və Dövlət ittihamının müdafiəsi üzrə şöbənin rəisi, ədliyyə pollkovniki Aydın Ələsgərov hesabat dövründə görülmüş işlərdən danışaraq, yol verilmiş nöqsanların aradan qaldırılması üçün görüləcək tədbirlər barədə ətraflı məlumat vermişlər.

Sonda Hərbi prokuror Xanlar Vəliyev əməliyyat müşavirəsinə yekun vuraraq bildirmişdir ki, Hərbi Prokurorluq orqanları möhtərəm cənab Prezident İlham Əliyevin prokurorluğa olan yüksək qayğı və etimadını layiqincə doğrultmaq üçün, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin qorunmasında, qanunun aliliyinin təmin edilməsində, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, Silahlı Qüvvələrdə nizam-intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsində, habelə hüquq pozuntularına, o cümlədən cinayətkarlığa qarşı mübarizənin effektivliyinin artırılmasında üzərinə düşən vəzifələri layiqincə icra etməklə bu istiqamətdə fəaliyyətini bundan sonra da uğurla davam etdirəcəkdir.

Manevr.az
Hərbi Prokuror Xanlar Vəliyev: “Ötən il tarixə islahatlar ili kimi düşdü”

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar