Sizin Reklam Burada
Xəbər lenti
10-05-2024
09-05-2024
BÜTÜN XƏBƏRLƏR

AYB üzvündən təklif:"Rüstəm Behrudiyə "Xalq şairi" fəxri adı verilsin"

Tarix: 06-01-2020 19:20     Baxış: 4739 A- / A+
AYB üzvündən təklif:"Rüstəm Behrudiyə "Xalq şairi" fəxri adı verilsin"

Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü, Prezident təqaüdçüsü, tanınmış şair-publisist Tural Turan Türk dünyası aydınlarından, şair Rüstəm Behrudi haqqında təklif irəli sürüb.

Manevr.az xəbər verir ki, Tural Turan Rüstəm Behrudinin ədəbiyyatdakı xidmətlərindən söz açaraq ona "Xalq şairi" fəxri adının verilməsi təklifi ilə çıxış edib: "Rüstəm Behrudi 20-ci yüzilin 80-ci illərində Azərbaycan söz sənətində doğan milli Günəşin adıdır. O, əyilməz olaraq poeziyamızda qaldı. Həmişə sözünü zamanında dedi və arxasında durdu.
Ədəbi mühitin bədəviləşdiyini, çirkinləşdiyini görüb kənara çəkildi. Özünü işlədi, sözünü qoydu, izini yazdı.
Rüstəm Behrudi əsl işıqlı adam, aydın kimi öndərliyini etdi bu cəmiyyətə. Danışmaq lazım olanda dilləndi. Susmaq lazım olanda dinmədi, danışmadı. Adiliyə susmağın adilliyini nümayiş etdirdi.
Bahalılığın, ucuzluğun meyarını öz baxışı, ifadə tərzi ilə ortaya qoydu. Təmiz qaldı. Qarışmadı. Oynamadı, oynadılmasına izn vermədi. Özünü uca tutdu. Bilirdi ki, o 300 milyon türkün səsidir. Öz əfəliyini, əfəndiliyini anlayırdı. Tanrının Türk Ulusuna söz elçisi olduğunu dərk edirdi...
Şəxsiyyət kimi qala bildi. Yeri gələndə istedadını şəxsiyyətinə, çağı yetişəndə şəxsiyyətini istedadına söykəməyi bacardı. Çünki hər ikisində Özü idi.
Sözümün canı var. Hesab edirəm ki, Rüstəm Behrudiyə Xalq şairi fəxri adının verilməsinin zamanı çoxdan çatıb. Hətta gecikib.
Vahid Əzizin Xalq şairi olduğu ölkədə Rüstəm Behrudi şairlər şahənşahı fəxri titulunu almalı idi. Bunu qətiyyətlə deyirəm!
Sözün əsl mənasında Behrudi dar ağacını dor ağacına çevirən şair oldu. İradəsi, əqidəsi ilə dar ağacını zamanın özündən asmağı bacardı. Ummamaqla, küsməməklə, dinməməklə...
Amma haqq kərpici yerinə oturdulmalıdı. DƏYƏR HAQQ SAHİBİNƏ verilməlidi - RÜSTƏM BEHRUDİ XALQ ŞAİRİ adını çoxdan haqq edib. Bu mənim içimin səsidi. Demək də, yazmaq da bu günə qismət imiş...
Türkün mifik kodekslərini, ruhunu ağca kağızlara, sərt, ürkək misralara yazan Rüstəm Behrudi onsuz da 32 ildir bu XALQIN ŞAİRİDİR.
Xalq hərəkatı dövründə sovet zülmünə, işğalına meydan oxuyan zamandan AZADLIQ ŞAİRİDİR. O, BÜTÜN TÜRK DÜNYASININ söz nəhəngidir.
Rüstəm Behrudi bir dəyərdir. Bu dəyərin qədrini zamanında bilmək isə boynumuzun borcudur.
Onu (fəxri adı) rəsmiləşdirmək aidiyyatı orqanlara, məsələni qaldırmaq, ictimailəşdirmək isə Tural Turana və vicdanını itirməyən ictimai fəallara düşər."

Manevr.az

Xəbəri paylaş







Müəllif: Əli Əliyev
Tarix: 7 yanvar 2020 22:41
Birce "Salam, DarAğacı" bes ederdi ki, edebiyyatımızın bütün fexri adlarını bu böyük ŞAİRE veribde o mükafatarın özünü mükafatlandirardılar
Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar