Sizin Reklam Burada
Xəbər lenti
27-05-2026
26-05-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycandan qaçdığı deyilən məmur danışdı: "Gedib Livanda, ya Suriyada yaşamalıyam?"

Tarix: 06-01-2020 13:52     Baxış: 4215 A- / A+
Azərbaycandan qaçdığı deyilən məmur danışdı: "Gedib Livanda, ya Suriyada yaşamalıyam?"

Bir neçə gün əvvəl Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında “Nəqliyyat” MMC-nin rəisi Xannı Rüstəmovun ölkədən qaçması ilə bağlı məlumatlar yayılıb.

Manevr.az xəbər verir ki, oxu.az məsələnin mahiyyətini öyrənmək üçün X.Rüstəmovla əlaqə saxlayıb.

X.Rüstəmovun sözlərinə görə, o, hazırda Azərbaycandadır: “Sumqayıtdakı evimdəyəm. İndi Bakıya müalicə olunmaq üçün gedib, evimə qayıdacağam. Səhhətimdə yaranan problemlə bağlı öz ərizəmlə işdən çıxmaq üçün müraciət etmişəm.

Bilirsiniz ki, nəqliyyat ağır sahədir və sürücülərlə işləmək çətindir. Uzun müddət nəqliyyatda işlədiyim üçün əsəb xəstəliyi yaranıb. Artıq 60 yaşı keçmişəm. Cavan vaxtım deyil ki, nəqliyyatda işləyəm. Mən 41 ildir dövlətə xidmət etmişəm. İstədim ki, müalicə olunam və işimi dəyişəm”.

Keçmir məmur bildirib ki, heç bir ölkəyə qaçmayıb: “Dövlətə nə xəyanət etmişəm ki, qaçam? Hara gedirəm? Ölkəni nəyə görə tərk etməliyəm? Hansı yüksək vəzifə tuturam ki, bu ölkədən qaçam? Gedib Livanda, ya Suriyada yaşamalıyam?

Gözəl inkişaf edən ölkəmiz var. Azad sözümüzü deyə bilirik, hara gedirik, işləyə bilirik. Bu iş olmayacaq, imkan olarsa, başqa iş yerində işləyəcəyəm və dövlətin qulluğunda duracağam”.

X.Rüstəmov şəhər ərazisində fəaliyyət göstərən marşrut xətlərində hər bir nəqliyyat vasitəsindən qanunsuz olaraq vergi toplaması iddiasına da cavab verib:

“Mən vergi toplayanam? İndi pul işləyir ki, əl pula dəyə və vergi köçürə? Mən elə şeylərlə məşğul olmuram”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar