Xəbər lenti
"Bu yaşda deputat olmaq doğru deyil" - YAP-çı deputatdan AÇIQLAMA

Beşinci çağırış Milli Məclisin deputatı olmuş Ağacan Abiyevin Azərbaycan Boks Federasiyasının Birinci vitse-prezidentiyindən getməsi barədə xəbər yayılıb. Buna səbəb kimi səhhətində yaranan problem göstərilib.
Manevr.az xəbər verir ki, Ağacan Abiyev modern.az-a açıqlamasında yayılan xəbərlərin yalan olduğunu deyib:
“İllərdir ki, Azərbaycan Boks Federasiyasının Birinci vitse prezidenti kimi çalışıram. Ancaq Federasiyaya gedib gəlməyimdə problem yoxdur. Yarışdan-yarışa, iclasdan-iclasa qatılmağımda heç bir problem yoxdur. Sözsüz ki, Federasiyadakı işlərimi davam etdirmək fikrindəyəm. Vaxtilə “Boks mənim həyatımdır”adlı kitab yazmışdım. Doğrudan da, boks mənim həyatımdır. 15 yaşımdan boksla məşğul oluram. Deyim biləsiz. Hələ indiyə kimi SSRİ boyda dövlətdə bir nəfər də olsun olimpiya oyunlarında baş hakim olmayıb. Ancaq mən olmuşam”.
Ağacan Abiyev deputatlığa namizədliyini verməməsi barədə də danışıb:
“Hər şeyin həddi-hüdudu var. Hesab edirəm ki, bu yaşda deputat olmaq doğru deyil. Səhhətim də əl vermir. Deputatlığa namizədliyimi verməməklə bağlı qərarımı lap çoxdan vermişəm. Hətta, 2 il bundan qabaq yenidən deputat olmayacağımı düşünmüşəm”.
Qeyd edək ki, Ağacan Abiyev üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar