Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Qəşəm İsabəyli Rafiq Yusifoğlu ilə necə "kvit" oldu?- Yubiley hədiyyəsi

Tarix: 29-12-2019 17:29     Baxış: 1906 A- / A+
Qəşəm İsabəyli Rafiq Yusifoğlu ilə necə "kvit" oldu?- Yubiley hədiyyəsi

Daha uca zirvələrə, qardaşım!

İndi Bakı Dövlət Universiteti deyilən ali təhsil ocağının geoloji-coğrafiya fakültəsinin 4-cü kursunda oxuyurdum. Hərbi dərs keçdiyimizdən bizi, yay tətili ərəfəsində – 1971-ci ildə Naxçıvanın Qıvraq kəndinə 3 aylıq təlimlərə apardılar. Bizimlə eyni qrupda Qubadlıdan İxtiyar adlı bir yoldaşımız da vardı. Yataqxanada qonşu otaqda qalırdı. Qıvrağın bal suyundan içib, istisindən kölgələnəcəkdə uzanıb dincəlirdik. Gərək ki, İxtiyar dedi, bizim də yerlimiz şairdi, şeir yazır.
–Adı nədir?
–Rafiq.
Mən əl atıb qoltuq cibimdən bir qəzet parçası çıxartdım və ona göstərdim:
–Budur Rafiq Yusifoğlu?
–Özüdür ki, var.
–Onun bu şeiri, özünü görməmişəm, çox xoşuma gəlib və kəsib cibimə qoymuşam, hərdən oxuyuram.
Rafiq Yusifoğlunu görməzə-bilməzə bəyənmişdim. Bu söhbətin üstündən on illər keçəndən sonra, dili qurtlamış kimi, bu faktı özünə də etiraf elədim. Gözləri güldü. O da, maşallah, malavandı (“mal-qara təsərrüfatçısı” deməkdi), qoyun-quzusunu (şeirlərini – Q.İ.) doğulduğu gününəcən əzbər bilir. Başladı məni sorğu-suala çəkməyə:
–Hansı qəzetdə çıxmışdı şeirim?
–Mən bilən “Sovet kəndi”ydi.
–Məncə filan şeirim olacaq.
Ha çək-çevir elədi, onu razı salası bir söz deyə bilmədim. Amma bu xəbərdən qələm dostum bərk həyəcanlandı. Hətta özünün təhsil aldığı Pedaqoji Universitetin böyük zalında tələbələrlə görüşümüz zamanı uca kürsüdən elan elədi ki, bəs Qəşəm İsabəyli mənim şeirimlə ədəbiyyata gəlib, sonra da sözünü malaladı – zarafat eləyirəm. Söz deyilmişdi. Nə zarafat?! İntiqamını almaq lazım idi. Sonralar yenidən bu söhbətin üstünə qayıtdı:
–Deyirsən, “Sovet kəndi”ndəydi?
–Mənə elə gəlir...
–Heç bir bəndi də yadında qalmayıb şeirimin?
–Yox, qalmayıb.
–Heç misrası da?
–Vallah, heç nöqtə-vergülünü də xatırlamıram.
–Niyə?
Məşhur Türkiyəli satirik yazıçı Əziz Nesinin bir hekayəsinin qəhrəmanı yadıma düşdü. Fikirləşdim, Pedaqoji universitetdə dediyi sözün hayıfını çıxmaq üçün girəvədi:
–Niyə qalmayıb?! – Deyirsən, dedim.
–Hə...
–Yaxşı olsaydı, qalardı ki! Sağ əlini açıb uzatdı qarşıma:
–Vur bura!
–Niyə?
– 1-1.
Vurdum və bu dəfə də mən uzatdım əlimi:
–İndi də sən vur.
–Niyə?
–Hələ bir vur.
Şappp...
–2-1 Baloğlanın xeyrinə! – Dedim.
Gülüşdük... Rafiq Yusifoğlu istedadlı şairdi. Eyni zamanda məhsuldardı həm də. Artıq 83-cü kitabını da nəşr eləyib. Onun gərək ki, 3-ü dövlətin payına düşür, 80-i özünün. Necə deyərlər, salavat gücə bağlıdı. Mən isə naşir ola-ola 30-32 kitab-kitabça çıxara bilmişəm. Onun da 6-nı canım Sovet Azərbaycanı nəşr eləyib. İndi yaş yetirib, iki bayramdı 70-i keçmişəm, Rafiq də məni qaraba-qara izləyir – 2 yanvar 2020-də 70-dən adlayır. Mübarək olsun! Çevrilib geriyə baxanda bəzi əlamətdar hadisələr diqqətimi çəkir. Rafiq Yusifoğluyla bir sıra yerlərdə yolumuz paralel olub. Birincisi o da uşaq şairidi, mən də. İntəhasi mən həm də nasirəm. O da “Göyərçin” jurnalının baş redaktoru və naşiridir. O, isə həm də alimdir. İkincisi hər ikimiz böyüklər üçün də yazırıq. O, şair kimi, mən şair və nasir kimi. Özü də üzü-üzümə, gözü-gözümə etiraf eləyir: “Əhsən, səndə nəsr alınır, məndə yox!”. Ürəyimdə etiraz eləyirəm: “Niyə alınır?!”. Üçüncüsü 1989-cu ildə Dövlət səviyyəsində keçirilən “İlin ən yaxşı uşaq kitabı” müsabiqəsində ustad şairimiz Zahid Xəlil, mən – Qəşəm İsabəyli, Rafiq Yusifoğlu, Aləmzər Əlizadə qalib olmuşuq. Dördüncüsü, hər ikimiz mən 2015-ci ildə, Rafiq Yusifoğlu 2019-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl Kəlmə” mükafatına layiq görülmüşük. Amma mən Beynəlxalq Andersen Şərəf Diplomuna layiq görülmüşəm. Rafiq Yusifoğlu isə Təhsil Nazirliyinin müsabiqəsində birinci yeri tutduğu müsabiqəni mənim diplomumdan üstün sayır.
–Niyə?
–Nə qədər pul veriblər sənə Andersen diplomundan?
–Heç nə!
–Deməli, “şərəf” sözündən başqa heç nə?!
–Elədir ki, var.
–Amma Təhsil Nazirliyi mənə 1500 manat mükafat verib!
Daha uca zirvələrə, qardaşım!

Qəşəm İsabəyli

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar