Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Deputat seçilsəm, istefa verəcəyəm - İcra başçısı

Tarix: 27-12-2019 21:32     Baxış: 3308 A- / A+
Deputat seçilsəm, istefa verəcəyəm - İcra başçısı

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovun 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 123 saylı Kəlbəcər Seçki Dairəsindən namizədliyi irəli sürülüb.

Manevr.az xəbər verir ki, bununla bağlı modern.az-a danışan icra başçısı Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən ona göstərilən etimada görə təşəkkür edib:

"Bugünkü siyahıda mənim də adımın olması sevinclə yanaşı, böyük məsuliyyət hissi yaradır. Çalışacağam, YAP tərəfindən mənə göstəilən bu etimadı doğruldum”.

A.Məmmədov bildirib ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada deputat seçiləcəyi təqdirdə icra başçısı vəzifəsindən istefa verəcək:

"Qanunvericiliyə görə, deputat seçilərəmsə, hazırkı vəzifəmdən azad olunmalıyam. Öz hesabıma məzuniyyətə çıxacağam, yaxud istefa verəcəyəm, buna YAP tərəfindən mənə rəsmi sənəd daxil olanda qərar verəcəyik”.

Qeyd edək ki, bundan əvvəl 123 saylı Kəlbəcər seçki dairəsinin deputatı Cavid Qurbanov olub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar