Xəbər lenti
"Xalqım məni istəmirsə, yalandan seçkilərdə iştirak etməyin nə mənası var?"

Deputatlığa namizəd olmaq üçün xalqın arzusu və istəyi olmalıdır. Deputatı xalq seçir. Əgər xalqımız məsləhət bilsə və mənə təklif etsələr, o zaman mən də namizədliyimi irəli sürərəm.
Manevr.az xəbər verir ki, bu fikirləri demokrat.az-a açıqlamasında Milli Məclisin V çağırış deputatı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov bildirib.
Əliağa Hüseynov deyib ki, xalqdan istək olmasa, deputatlığa namizəd olmayacaq:
"Əgər xalqım mənim seçilməyimi istəmirsə, o zaman yalandan seçkilərdə iştirak etməyin nə mənası var? Mən tam əmin olsam ki, xalq məni istəyir, o zaman deputatlığa namizəd olaram. Ancaq hələ ki mənə elə bir təklif edən kütlə yoxdur. Salyanın digər deputatı olmuş Fəzail Ağamalıya da uğurlar arzu edirəm. Yəqin ki, onu xalq istəyir, o da deputatlığa namizədliyini irəli sürür. Allah hər kəsin canını sağ etsin".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar