Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Dövlət bayrağıyla bağlı qanuna dəyişiklik edildi

Tarix: 23-12-2019 20:05     Baxış: 2142 A- / A+
Dövlət bayrağıyla bağlı qanuna dəyişiklik edildi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında” və "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Manevr.az xəbər verir ki, sənəddə deyilir:

1. "Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 2, maddə 62) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Qanunla təsdiq edilmiş 1 nömrəli əlavə – "Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında Əsasnamə”nin 8-ci hissəsindən "və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali komandanlığına” sözləri çıxarılsın;

1.2. həmin Qanunla təsdiq edilmiş 2 nömrəli əlavə – "Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqlarının Təsviri”nin 4-cü hissəsi ləğv edilsin;

1.3. "Şəkil 4. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanının bayrağı” ləğv edilsin.

2. "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 515; 2005, № 10, maddə 874; 2010, № 4, maddə 276; 2013, № 11, maddə 1303; Azərbaycan Respublikasının 2019-cu il 8 oktyabr tarixli 1674-VQD nömrəli Qanunu) 8.2-ci maddəsinə "digər dövlətlərin” sözlərindən əvvəl "Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı,” sözləri əlavə edilsin.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar