Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

İsgəndər Həmidovun səhhəti pisləşib?- Həkimindən açıqlama

Tarix: 21-12-2019 23:37     Baxış: 2651 A- / A+
İsgəndər Həmidovun səhhəti pisləşib?- Həkimindən açıqlama

"Dəyərli dostlar, xeyli zamandır dostumuz, Milli hakimiyyətin daxili işlər naziri, general İsgəndər Həmidov barəsində sosial şəbəkələrdə əsassız söz-söhbətlər gedir. Tam səmimiyyətlə bildirirəm ki, bu söhbətlər ya məlumatsızlıqdan, ya da qəsdən yayılır. Qəsdən edilən bəyannamələrlə işim yox, səmimi yanılan dostlara faydalı ola biləcək bilgilər çatdırmaq istərdim".

Manevr.az xəbər verir ki, bu sözləri Tibb elmləri doktoru, professor, həkim-cərrah Adil Qeybulla İsgəndər Həmidovun səhhətilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. O vəziyyətin əslində necə olduğuna belə aydınlıq gətirib:
"Xeyli vaxtdır ki, İsgəndər bəyin səhhətindəki ağır problemlər sarıdan uzunmüddətli müalicəsinin təqibi ilə məşğulam. İsgəndər bəy əvvəlcə Bakıda müayinə olundu, xəstəliklərinin çoxluğu və sonrakı uzunmüddətli və mürəkkəb reabilitasiya zərurətini nəzərə alaraq Türkiyə Cümhuriyyətinə getməsi qərara alındı. İlk öncə Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində hərtərəfli müayinə olundu və diaqnoz qoyuldu: Ürəyin xroniki işemik xəstəliyi. Gərginlik stenokardiyası. Xroniki pielonefrit. Böyrəklərin solitar sistləri. Yoğun bağırsağın polipi. Prostat vəzin xoş xassəli adenoması.
Mərhələli əməliyyatlar məsləhət görüldü. Müalicə xərcləri xeyli baha olduğundan İsgəndər bəy Bursa şəhərinə gedəsi oldu. Bursada mərhələ ilə Ürəyin açıq coranar bypass əməliyyatı, prostat TUR adenomektomiya əməliyyatı, böyrəklərin endoskopik kistektomiya əməliyyatı və yoğun bağırsağın rezeksiyası-anastomoz qoyulması kimi yaşı və səhhəti üçün ciddi olan əməliyyatlar keçirəsi oldu. Qeyd etməyi zəruri hesab edirəm: həmin söz-söhbətlər yayılanda o Bursa şəhərində reanimasiyada müalicə alırdı, mən onun yanında olan qaynı Kamran ilə əlaqə saxlayırdım. Nəhayət, əməliyyatlardan sonra xeyli müddət reanimasiyada qalası oldu və bu günlərdə vətənə qayıtdı. Hal-hazırda City hospitalda müalicə alır. İsgəndər bəyin ağrı-acılarına rəğmən ruhən güclü imici çoxlarını yanıldır, əsassız söhbətlər yayılır. Məlumat yayarkən onun səhhətinin xeyli problemli olduğunu nəzərə almağınızı xahiş edirəm. Aşağıdakı şəkillərin nümayişi həkim etikasına zidd olsa da, söylədiklərimin təsdiqi kimi onları Sizə təqdim etməyi məqsədəuyğun sayıram".

Manevr.az
İsgəndər Həmidovun səhhəti pisləşib?- Həkimindən açıqlama
İsgəndər Həmidovun səhhəti pisləşib?- Həkimindən açıqlama

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar