Sizin Reklam Burada
Xəbər lenti
09-05-2024
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

Məmurlar rüşvət alıb sərvət yığır, cəzasını dövlət və xalq çəkir

Tarix: 21-12-2019 18:30     Baxış: 2210 A- / A+
Məmurlar rüşvət alıb sərvət yığır, cəzasını dövlət və xalq çəkir


"Son dövrlərə qədər şəhərsalma ilə bağlı səlahiyyətlər rayon və şəhər icra hakmiyyətlərinə məxsus olub. Son 20-25 ildə, xüsusən böyük neft pulları daxil olmağa başladığı 2005-ci ildən sonra tikintinin geniş vüsət alması daha çox şəhərsalma pozuntuları ilə müşaiət olunub".

Manevr.az xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev öz fikirlərini bölüşüb və vəziyyətdən çıxış yolunu göstərib.
Məmurlar rüşvət alıb sərvət yığır, cəzasını dövlət və xalq çəkir

Onun sözlərinə görə, məskunlaşma əraziləri salınarkən şəhərsalma normaları kobuş şəkildə pozulub, standartlara uyğun yolların və piyada keçidlərinin, parklama üçün yerlərin, yaşıllıq ərazilərinin saxlanması təmin edilməyib, sosial və nəqliyyat infrastrukturun əhalinin artımına uyğun formalaşdırılması ümumiyyətlə diqqətdə olmayıb: "Əslində şəhərsalma cinayərləri dövlətə daha ağır zərbələr vurur. Çünki, məsələn, hökumət şəhərsalma normalarında yol verilən yanlışları aradan qaldırararaq hansısa ərazidə yolları genişləndirmək, ekoloji fəaləkəti aradan qaldırmaq üçün yaşıllıq zonalarını genişləndirmək istəsə sökəcəyi hər obyektə görə külli miqdarda kompensasiya ödəmələdir. Amma bir vaxtlar icra hakimiyyətləri torpaqları qarış-qarış satanda, tikinti icazəsi verəndə bunların heç biri vecinə olmayıb, alıb rüşvəti qoyublar ciblərinə, deyiblər xalqın canı çıxsın. Sonra ehtuyac olanda dövlət onun uşağının təhslinidən, səhiyyəsindən kəsib mənim yaramaz və rüşvətxor əməllərimi kompensasiya edər necə olsa.

Uzağa getməyək, Xırdalanda dəhşətli tıxaclar var, amma alternativ yolar və paralel küçələr salmağa yer və imkan yoxdur. Hər santimetrdə mənzil, obyekt tikilib. Son 15-20 ildə formalaşmış məskunlaşma ərazilərində ən azı 2 minik avtomobilinin keçəcəyi normal bir küçə yox, ən yaxşı halda bir maşının hərəkət edəcəyi dalanlar saxlayıblar. Hətta yanğın halında yanğınsöndürmə maşınlarının hərəkəti müşküldür".

R.Ağayev onu da bildirib ki, çıxış yolu var: "Şəhərsalma normalarının ən kiritik pozulduğu ərazilər müəyyən edilməli, vətəndaş cəmiyyəti və media, müstəqil memarlar və hüquqşünaslar bu prosesdə aktiv rol almalı, hər bir ərazi üzrə durum dəyərləndiməsi hesabatı hazırlanmalıdır.

İşdən çıxıb sağ olan, hazırda işləyən icra başçılarından kim varsa, bu əməllərinə görə cəzalandırmaqla yanaşı, vurduqları ziyanları hesablayıb onlara kompensasiya etdirməli, kompensasiya və əmlakın müsadirəsi hesabına formalaşan fond şəhərsalmadakı yanlış qərarların düzəldilməsinə sərf edilməlidir".bizimyol.info


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar